Icma.az
close
up
RU
Azərbaycan bu müsabiqədə 14 ölkə arasında birinci yerin qalibi olub FOTOLAR

Azərbaycan bu müsabiqədə 14 ölkə arasında birinci yerin qalibi olub FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Avstraliyanın Pers şəhərində APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsində azərbaycanlı şagirdlər 14 ölkə arasından seçilərək birinci yerin qalibi olublar.

"Unikal" xəbər verir  ki, müsabiqə nəticələri 26-29 noyabrda Avstraliya Kosmik Agentliyi və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 30-cu sessiyası daxilində elan olunub.

Beynəlxalq Kosmik Poster Müsabiqəsi hər il Asiya-Sakit okean regionu ölkələrindən, eləcə də əməkdaş-assosiativ üzv ölkələrdən üç mərhələ üzrə 4000-dən artıq 5-9-cu sinif şagirdlərini bir araya gətirir. 
Bu il Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsi həyata keçirilib. Müsabiqənin milli mərhələsində ümumtəhsil müəssisələrinin 25 məktəblisi “Kosmik səyahət” mövzusuna həsr olunmuş rəsm əsərləri ilə iştirak edib. Müsabiqə nəticələrinə müvafiq olaraq 3 məktəbli müsabiqənin milli mərhələsinin qalibi adını qazanaraq Avstraliyaya yollanıb. 

Müsabiqədə ölkələr üzrə ümumilikdə 1712 məktəbli iştirak edib, 1462 rəsm əsəri müsabiqəyə təqdim olunub. Müsabiqənin beynəlxalq mərhələsində ölkəmizi təmsil edən 3 məktəblimiz 33 iştirakçı sırasında müsabiqənin ən yüksək dərəcəyə malik 5 mükafatından 3-nə layiq görülərək təltif olunub. Həmin məktəblilər APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin aşağıdakı mükafatlarına layiq görülüblər:

1.    Kövsər Qurban – İlin ən yaxşı posteri mükafatı
2.    Əsma Həsənzadə – Xüsusi poster mükafatı
3.    Ayxan Məhərrəmli – Avstraliya Kosmik Agentliyinin mükafatı

Bu qalibiyyəti istedadlı azərbaycanlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları, rəqəmsal bacarıqlar, eləcə də şagirdlərin beynəlxalq olimpiadalar və müsabiqələrdə ölkəmizi təmsil etməsi istiqamətində növbəti uğur kimi qiymətləndirmək olar.
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri