Azərbaycan bu yolu dəhliz adlandıracaq Simonyandan yeni iddialar
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
“Ermənistanın verdiyi istənilən yol, heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq”.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan bildirib ki, dəhlizin verilməsi Ermənistan üçün qəbuledilməzdir: “Ölkənin suverenliyi altında olmayacaq və qanunvericilik çərçivəsindən kənarda qalacaq yolun verilməsini qəbul etmirik. Ermənistan yolun verilməsi ilə bağlı təkliflər verib. Veriləcək yola nəzarət kameralar vasitəsilə edilə bilər və hərbçilərin olması vacib deyil”.
Simonyan iddia edib ki, Kazan görüşündə Nikol Paşinyan və İlham Əliyev bu məsələni müzakirə edib.
“Müzakirə müsbət məcrada keçib. Bakı bu təkliflərin məqbul olmadığını bildirənə qədər biz cavab gözləyirik”, - deyə o bildirib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















