Icma.az
close
up
RU
Azərbaycan Cənub Qaz Dəhlizi kimi layihələrin yenə də təşəbbüsçüsü olacaq

Azərbaycan Cənub Qaz Dəhlizi kimi layihələrin yenə də təşəbbüsçüsü olacaq

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları enerji sahəsində əməkdaşlığın yol açdığı uğurlara, eyni zamanda, onların fonunda gələcək hədəflərə işıq saldı. Artıq 11-ci dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının keçirilməsi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından xəbər verir. Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında “Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir” fikirlərini söyləməklə ötən dövr ərzində hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilən enerji təhlükəsizliyinin təmin edilməsində birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsinin aparılmasının rolunu açıqladı.Azərbaycanın Avropanın enerji təminatında rolu daim yüksək dəyərləndirilir. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa vurmaq üçün səylər göstərməsi təqdir edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu layihələr dövlətləri, xalqları daha da yaxınlaşdırır, dövlətlərarası münasibətlərdə etimad mühitinin əhəmiyyətli faktor olduğunu açıqlayır. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində bu amilin rolu yüksək dəyərləndirildi.Reallıq budur ki, Azərbaycan hər zaman əməkdaşlıq, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çağırışlarını edir və bunu atdığı addımları ilə təsdiqləyir. Xatırlasaq, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmadan öncə Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bu çağırışı etdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən bu müddət ərzində birgə səylərin nəticəsində reallığa çevrilən layihələrə diqqət yetirmək kifayətdir. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişləndi, çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan icrasına başlanılan hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP-ın icrası 2020-ci ilin sonunda başa çatdı. Bu o dövr idi ki, Azərbaycan həmin il 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Bu faktın özü təsdiqləyir ki, Azərbaycan dövləti hansı vəziyyətin yaşanmasından asılı olmayaraq iqtisadi islahatları, layihələrin icrasını davam etdirir. Təbii ki, bu kimi mühüm amillər dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin təqdimatlarıdır.Bu gün artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsindən bəhs edirik. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi özünü təsdiqləməsini nümayiş etdirir. Cənab İlham Əliyev sözügedən toplantıdakı çıxışında bildirdi ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik: “Əlbəttə ki, bunun üçün maliyyələşmə lazım olacaq. Burada vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır”.Göründüyü kimi, siyasəti əməkdaşlığa əsaslanan Azərbaycan hər zaman bu coğrafiyanı genişləndirməyə səy göstərir. Hazırda dövlət başçısı İlham Əliyevin yeni enerji siyasətinin mühüm tərkib hissəsinə uyğun olaraq Avropaya növbəti enerji körpüsü salınır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi əsas hədəf kimi qarşıya qoyub. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.Azərbaycanın müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atdığı addımlar liderliyini qoruyur, dünya birliyinin fəal üzvü kimi mövqeyini möhkəmləndirir, yeni layihələrin gündəmə gətirilməsinə çağırışlar edir. Hər bir layihənin uğurla başa çatması yeni tərəfdaşlar arasında əlaqələrin möhkəmlənməsinə və onların coğrafiyasının genişlənməsinə yönələn yeni layihənin gündəmə gətirilməsi üçün stimuldur. Bu baxımdan beynəlxalq səviyyədə belə bir əminlik ifadə olunur ki, Azərbaycan gələcəkdə Cənub Qaz Dəhlizi kimi layihələrin yenə də təşəbbüsçüsü olacaq.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri