Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda ABŞ ın strateji müttəfiqlərindən biridir ŞƏRH AZƏRTAC

Azərbaycan Cənubi Qafqazda ABŞ ın strateji müttəfiqlərindən biridir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 yanvar, AZƏRTAC

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər tarixi və strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqlərindən biridir. Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, regional sabitlik və nəqliyyat marşrutlarının inkişafı sahəsində işbirliyi bu əlaqələrin sütunlarını təşkil edir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri kimi böyük layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb. ABŞ tərəfdən isə Azərbaycanla münasibətlər Cənubi Qafqaz bölgəsindəki güc balansının qorunması və əzəli rəqiblərinin təsirini məhdudlaşdırmaq baxımından önəm daşıyır. Lakin bu münasibətlərin inkişafı üçün bəzi həll olunması vacib problemlər də mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

Onun sözlərinə görə, Donald Tramp öncəki prezidentliyi dönəmində “Öncə Amerika” prinsipi ilə xarici siyasətə daha çox iqtisadi və milli təhlükəsizlik aspektindən yanaşıb. Bu yanaşmanın Azərbaycanla əlaqələrə necə təsir edəcəyini təxmin etmək üçün bir neçə məqamı vurğulayan QHT sədri əlavə edib: “Tramp Administrasiyası enerji təhlükəsizliyinə və alternativ enerji qaynaqlarının inkişafına diqqət yetirirdi. Bu baxımdan Azərbaycan, öz enerji ehtiyatları ilə ABŞ-ın Avropa üçün enerji təchizatında önəmli tərəfdaş olaraq ön planda qalmağa davam edə bilər. Bir sözlə, Tramp Administrasiyası Azərbaycanla əlaqələrdə iqtisadi əməkdaşlığa önəm verə bilər. Bölgədə sabitlik və geosiyasi maraqlara gəldikdə, Cənubi Qafqazda Azərbaycanın rolu sabitliyin təmin olunması baxımından diqqət mərkəzində qalacaq”.

Arzu Bağırova qeyd edib ki, Azərbaycan üçün də ABŞ ilə münasibətləri inkişaf etdirmək prioritet olaraq qalacaq. Xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və iqtisadi layihələrin gerçəkləşdirilməsi sahəsində yeni imkanlar yarana bilər. Bununla yanaşı, Azərbaycanın regional təhlükəsizlik məsələlərində ABŞ-dan daha çox dəstək gözləməsi də mümkündür. Lakin bu əlaqələrin daha da inkişaf etməsi üçün hər iki tərəfin səyləri tələb olunur.

“Azərbaycan Ermənistanla ədalətli Sülh Anlaşmasının əldə edilməsində, ümumən Qafqazda qalıcı sülhün bərqərar edilməsində səmimi şəkildə maraqlıdır. Bu amil ABŞ-ı daha fəal rol almağa təşviq edə bilər. Beləliklə, Donald Trampın prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətlərində gerçək irəliləyişlər gözlənilir. Lakin bu münasibətlərin dərinləşməsi üçün strateji maraqların tarazlanması, qarşılıqlı inamın gücləndirilməsi və davamlı dialoq mühüm rol oynayacaq. Azərbaycan üçün ABŞ ilə əlaqələri inkişaf etdirmək, regional və qlobal səviyyədə öz mövqeyini gücləndirmək baxımından önəmlidir. Bununla belə, ABŞ da Azərbaycanın aid olduğu bölgənin gerçəkliklərini, o cümlədən Azərbaycanın yaratdığı yeni reallıqları və respublikamızın qabaqcıl rolunu düzgün dəyərləndirməlidir”, - deyə QHT sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri