Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda Çinin ən etibarlı strateji tərəfdaşıdır ŞƏRH

Azərbaycan Cənubi Qafqazda Çinin ən etibarlı strateji tərəfdaşıdır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 aprel, AZƏRTAC

Dünya siyasi arxitekturasının yenidən formalaşdığı bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda hər bir ölkə qlobal düzəndə baş verən proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır, digər dövlətlərlə iqtisadi-siyasi münasibətlərin tənzimlənməsi işini həyata keçirir.

Beynəlxalq təşkilatların bir sıra məsələlərin həllini yalnız sülhdə, dialoqda gördüklərinə baxmayaraq, son dönəmlərə real təcrübədə iqtisadi dayanıqlılığı, geniş hərbi-siyasi imkanları olan dövlətlərin daha çox söz sahibi olduğunu görürük. Yeni çoxqütblü dünya düzənində son zamanlarda siyasi iradəsi ilə daha vacib rol oynamağa başlayan Çin Xalq Respublikası artıq bəzi regionlarda mövqeyini möhkəmləndirməyə, yeni əməkdaşlıq perspektivləri yaratmağa nail olub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz növbəsində Çinlə dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən dinamikası və inkişafından yaxşı xəbərdar olduğu Çinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bu təmaslar müstəqillik illərində də uğurla davam etdirilib.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib, məhz Ümummilli Liderin Çinə səfərləri, Çin rəhbərləri ilə görüşləri gələcək əməkdaşlığımızın əsasını qoyub.

Deputat xatırladıb ki, 1994-cü il martın 7-10-da Ulu Öndər Çinə ilk rəsmi səfəri çərçivəsində Sədr Tszyan Tszemin, Baş nazir Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, eyni zamanda, səkkiz müqavilə, o cümlədən hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.

M.Əfəndiyev qeyd edib ki, uğurla formalaşan münasibətlər Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son 20 ildə daha da möhkəmlənib. Azərbaycan Prezidentinin 2005-ci ildən başlayaraq Çinə bir sıra səfərləri baş tutub. Lakin, Prezident İlham Əliyevin bu il aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfərini iki ölkə arasında əməkdaşlığın mühüm mərhələsi kimi adlandırmaq olar. Belə ki, Çin Xalq Respublikasının Sədri ilə ikitərəfli və geniş tərkibdə keçirilən görüşlərin nəticəsində özündə 18 bəndi ehtiva edən Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın imzalanması Cənubi Qafqazın lider dövləti olan Azərbaycan üçün bir sıra dövlətlərlə də gələcək əməkdaşlığın genişləndirilməsi perspektivini ortaya qoydu. Xüsusilə, iki ölkə arasında viza rejiminin ləğv olunmasına dair razılığın əldə edilməsi qarşılıqlı dostluq və hörmətə əsaslanan münasibətlərin bundan sonra da davamlı inkişafına olan ümidləri artırır.

“Səfər çərçivəsində dövlətimizin başçısının “China Global Television Network” televiziya kanalına verdiyi müsahibə zamanı vurğuladığı kimi, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür.

Həmin müsahibədə Prezident İlham Əliyev müasir tariximizdə Çinlə əməkdaşlığın bütün aspektlərinə toxunaraq, istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar sahələrlə bağlı çoxmilyonluq auditoriyanı maraqlandıran bir sıra məqamlara aydınlıq gətirdi”, - deyə deputat bildirib.

O qeyd edib ki, Çin son 10 ildə Avrasiya regionunda, eləcə də dünyada yeni reallıq yaratmağa nail olub. Azərbaycan da bütün dünya ilə qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin dərinləşməsinə, dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq yeni-yeni istiqamətlərin müəyyən olunmasına çalışır, eyni zamanda, istər ölkəyə investisiya axınının cəlb olunması, istərsə də sərmayə qoyuluşu istiqamətində fəaliyyət göstərir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri istiqamətində böyük logistik imkanlara malikdir və enerji resurslarının etibarlı təminatçısı olmaqda, habelə ticari dövriyyənin artımında daha da maraqlıdır. Bu fəaliyyət günü-gündən dərinləşir, zənginləşir.

“Ölkəmiz, eyni zamanda, 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn, Çin Xalq Respublikası tərəfindən elan olunan alternativ “Bir kəmər, bir yol” layihəsinə qoşulub. Layihə çərçivəsində məhsulların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün yeni ticarət dəhlizi yaradılıb.

Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistik mərkəz, qovşaq və körpü rolunu oynayır.

Beləliklə, Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərməkdədir. Azərbaycanın həm dost ölkələrlə qurduğu ikitərəfli iqtisadi-siyasi münasibətlər, həm də təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi əzmkarlıq, həmrəylik, müttəfiqlik istər ölkəmiz, region, istərsə də bütövlükdə Avrasiya qitəsi üçün əhəmiyyətə malikdir.

Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin Azərbaycanın çoxvektorlu xarici siyasətində müəyyən etdiyi istiqamət düzgün gələcəyə hədəflənir, Avrasiya ölkələri, xüsusilə Çin Xalq Respublikası ilə iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da dərinləşəcəyini göstərir”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri