Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan Çin şirkətləri ilə anlaşma memorandumları imzalanıb

Azərbaycan Çin şirkətləri ilə anlaşma memorandumları imzalanıb

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında “yaşıl enerji” sahəsində anlaşma memorandumları imzalanıb.

AzNews.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimlərindən əvvəl energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un vitse-prezidenti Xu Pengcheng və “PowerChina Resources Limited” şirkətinin prezidenti Yang Tianfu, həmçinin TBEA şirkətinin İdarə Heyətinin üzvü, beynəlxalq biznes məsələləri üzrə prezidenti Hu Nanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşlər olub. Görüşlərdə Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərində bərpa olunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd olunub. Həyata keçirilən “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı meqa layihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

“PowerChina Resources Limited” şirkətinin xaricdə bərpa olunan enerji sahəsində sərmayə qoyuluşu həyata keçirən, geniş potensial və təcrübəyə malik bir şirkət olaraq, Azərbaycanda bərpa olunan enerji layihələrinə sərmayə qoyuluşu, bərpa olunan enerji layihələrinin planlaşdırılması, layihələndirilməsi, tikintisi və istismarında əməkdaşlığa maraqlı olduğu qeyd edilib. Elektrik enerjisinin ötürülməsi və paylanması, elektrik stansiyaları, bərpa olunan enerji və digər vacib infrastruktur layihələrinin istehsalı, mühəndisliyi, tədarükü, tikintisi və maliyyələşdirilməsi üzrə ixtisaslaşmış şirkət olan TBEA-nın isə Azərbaycanla bərpa olunan enerji avadanlıqları və texnologiyaları sahəsində əməkdaşlıq niyyəti ifadə olunub.

Sonra sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə PowerChina Resources Limited arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” sənaye miqyaslı günəş PV layihələri, quruda/dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş ağıllı enerji və “yaşıl hidrogen” istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.

“Azərbaycan Respublikası Energetika Nazirliyi ilə TBEA Co., Ltd arasında Anlaşma Memorandumu” isə bərpa olunan enerji avadanlıqları və texnologiyalarının istehsalı və tədarükü daxil olmaqla, müvafiq sahələrdə əməkdaşlığı əhatə edir. Sənədə əsasən, şirkətlə ultra-yüksək gərginlikli və çevik DC və AC məhsullarının təmin edilməsi, Azərbaycanda sənaye parkları və azad iqtisadi zonalarda yüksək texnologiyalı enerji şəbəkəsi avadanlıqlarının istehsalı, “Məlumat Mərkəzi”nin yaradılması, bərpa olunan enerji və elektrik layihələrinə sərmayə qoyuluşu və maliyyələşdirilməsi, eləcə də bərpa olunan enerji və regional “yaşıl enerji” bağlantısı layihələrində iştirakı üzrə əməkdaşlıq ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri