Azərbaycan Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalayıb
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb.
"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar,
- Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” şirkəti və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi,
- Energetika Nazirliyi və “China Energy Overseas Investment Co. Ltd” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu
- Energetika Nazirliyi və “China Datang Co. Ltd” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumudur.
Sənədlər bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
![](https://static.report.az/photo/ae6b1b6c-4706-301a-b1e3-132a80eb546e_300.jpeg)
![](https://static.report.az/photo/1648fbb4-af19-307b-893f-170cd29227a2_300.jpeg)
![](https://static.report.az/photo/bf949a34-56a2-3e2e-940d-a45e4c0ef476_300.jpeg)
![see](https://icma.az/template/assets/see.png)