Azərbaycan cüdoçuları dünya çempionatının ilk günündə medal qazana bilməyiblər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk gününü medalsız başa vurublar.
AZƏRTAC xəbər verir ki, bu gün yarışa qoşulan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.
Əhməd Yusifov (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar.
Leyla Əliyeva (48 kiloqram) isə bir mərhələ keçə bilib. O, türkmənistanlı Kurbanay Kurbanovaya qalib gəlsə də, 1/16 finalda ispaniyalı Laura Martineslə bacarmayıb.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:Azərbaycan çempionatının ilk günündə 8 oyun NƏTİCƏLƏR
22 İyul 2025 10:17
Azərbaycan çempionatının ilk günündə qaliblər bəlli olub
31 Yanvar 2025 20:35
Azərbaycan cüdoçuları Avropa çempionatının ikinci gününü medalsız başa vurublar
05 Sentyabr 2025 16:43
Dünya çempionatının 3cü günündə Azərbaycan şahmatçıları FOTO İdman və Biz
29 Dekabr 2024 10:31
Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib
29 Noyabr 2024 22:29
Baxış sayı:111
Bu xəbər 13 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















