Azərbaycan cüdoçuları qarışıq komanda yarışının qalibi oldular Avropa çempionatı
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışının qalibi olublar.
QOL.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan tatami ustalarımız həlledici mərhələyə qədər manesiz irəliləyiblər.
Finalda Fransa idmançılarını 4:3 hesabı ilə üstələyən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışını qızıl medalla başa vurub.
Qeyd edək ki, cüdoçularımız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında da birinci yeri tutub.

