Icma.az
close
up
RU
Azərbaycan da İran reyslərini dayandırdı Tehrandan ilk reaksiya

Azərbaycan da İran reyslərini dayandırdı Tehrandan ilk reaksiya

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İran rəsmisi ölkənin aviaşirkətlərinə qarşı regionda tətbiq olunan məhdudiyyətlərin uzunmüddətli ola bilməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş direktor müavini Əlirza Xoda Qolipur APRI Forum 2026 çərçivəsində verdiyi müsahibədə deyib.

Bildirilib ki, İranın aviasiya sektoruna qarşı ABŞ-nin yeni sanksiyalarından sonra İran aviaşirkətlərinin bir sıra beynəlxalq reysləri kütləvi şəkildə ləğv olunub. Sentyabrın 24-də Birləşmiş Ərəb Əmirlikləri İran aviadaşıyıcılarının ölkəyə və ölkədən bütün uçuşlarını növbəti qəraradək dayandırıb. Oxşar məhdudiyyətlər Omanda da tətbiq olunub, Azərbaycan və Gürcüstan istiqamətində də reyslər ləğv edilib.

Qolipur bunu ABŞ-nin İrana iqtisadi təzyiqinin bir hissəsi adlandırıb:

“Əlbəttə, bu, son dövrlərdə ABŞ prezidenti tərəfindən İrana göstərilən iqtisadi təzyiqin yalnız bir hissəsidir. Ancaq bildiyiniz kimi, biz dörd onillikdən artıqdır bu cür sanksiyalar altındayıq və bunun da öhdəsindən gəlməyin yollarını tapacağıq”.

Onun sözlərinə görə, belə siyasət uzunmüddətli perspektivdə davamlı deyil. Qolipur İranın Yaxın Şərqdə mühüm rol oynadığını və əsas regional məsələlərin həllindən kənarda saxlanılmasının mümkün olmadığını bildirib.

Ermənistanla münasibətlərə toxunan İran rəsmisi iki ölkə arasındakı 44 kilometrlik sərhədin Tehran üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Bu, yalnız Tehran üçün deyil, bəlkə də Ermənistan üçün daha vacibdir, çünki İran daha böyük ölkədir. Belə qarşılıqlı fəaliyyət hər iki tərəf üçün lazımdır”, – Qolipur deyib.

Tehran eyni zamanda İranla Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin, o cümlədən “Fars körfəzi – Qara dəniz” dəhlizinin inkişafında maraqlıdır. Layihənin Fars körfəzi və Hind okeanını Cənubi Qafqaz, Türkiyə, Qara dəniz, Rusiya və Avropa ilə birləşdirməsi nəzərdə tutulur.

Qolipur bildirib ki, İran ərazisində bu nəqliyyat dəhlizinin son hissəsinin tamamlanması istiqamətində fəal iş aparılır. Həmin hissənin nisbətən qısa olduğunu deyən İran rəsmisi onun yaxın zamanda istifadəyə veriləcəyinə ümid etdiklərini açıqlayıb.

O, Hörmüz boğazından tranzitlə bağlı çətinliklər fonunda quru marşrutlarının İranla region ölkələri arasında mühüm əlaqələndirici rol oynaya biləcəyini də qeyd edib.

Qolipurun sözlərinə görə, İran uzun illərdir nəqliyyat, o cümlədən dəmir yolu infrastrukturunu inkişaf etdirir. İran şəbəkəsinin Cənubi Qafqazın nəqliyyat və dəmir yolu kommunikasiyaları ilə birləşdirilməsi bütün regionun iqtisadi inkişafına töhfə verə bilər.

İran rəsmisi Zəngəzur dəhlizi ilə bağlı Tehranın təhlükəsizlik narahatlıqlarının da qaldığını bildirib. Onun sözlərinə görə, İran bu layihəyə yalnız logistika məsələsi kimi yanaşmır və infrastruktur layihələrinin həyata keçirilməsi zamanı region ölkələrinin iqtisadi inkişaf məqsədləri ilə təhlükəsizlik maraqları arasında balans qorunmalıdır./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Sentyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri