Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Azərbaycan diasporu üçün yeni dövr başlayır

Azərbaycan diasporu üçün yeni dövr başlayır

Icma.az, Modern.az saytına istinadən bildirir.

XXI əsrdə dövlətlərin beynəlxalq nüfuzu iqtisadi və hərbi potensialla yanaşı, həm də "Yumşaq güc", ictimai diplomatiya və diaspor diplomatiyası xarici siyasətin mühüm elementlərindən birinə çevrilib. Bu gün dünyanın aparıcı dövlətləri xaricdə yaşayan vətəndaşlarını milli kimliyin daşıyıcısı və yaşadıqları ölkələrdə ictimai rəyə təsir göstərən, iqtisadi və siyasi əlaqələr quran mühüm resurs hesab edirlər.

Azərbaycan da son illərdə bu istiqamətdə ciddi addımlar atıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsi, diaspor təşkilatlarının koordinasiyasının gücləndirilməsi və xaricdə yaşayan azərbaycanlıların daha fəal təşkilatlanması yeni reallıq yaradıb. Bu gün onlarla ölkədə fəaliyyət göstərən Azərbaycan evləri, diaspor təşkilatları, tələbə birlikləri və müxtəlif ictimai platformalar ölkənin maraqlarının beynəlxalq səviyyədə müdafiəsinə töhfə verməyə çalışırlar.

Lakin bu proses fonunda mühüm bir sual meydana çıxır: xaricdə yaşayan azərbaycanlıların əsas missiyası nə olmalıdır?

Dövlətlərin daxili işlərinə müdaxilə beynəlxalq hüququn qəbul etmədiyi yanaşmadır

BMT Nizamnaməsinin əsas prinsiplərindən biri dövlətlərin suverenliyinə hörmət və onların daxili işlərinə qarışmamaq prinsipidir. Müasir beynəlxalq münasibətlər də məhz bu prinsip üzərində qurulur.

Azərbaycan da müstəqillik əldə etdiyi gündən etibarən rəsmi xarici siyasətində digər dövlətlərin daxili işlərinə qarışmamaq mövqeyini dəfələrlə bəyan edib. Ölkə beynəlxalq platformalarda da bu prinsipin qorunmasının tərəfdarı kimi çıxış edir.

Məhz buna görə də Azərbaycanda tez-tez belə fikir səslənir: əgər Azərbaycan başqa dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etmirsə, eyni yanaşma ölkəmizə münasibətdə də tətbiq olunmalıdır. Qarşılıqlı hörmət və suverenliyə ehtiram beynəlxalq münasibətlərin əsas şərtlərindən biridir.

Fransa-Azərbaycan münasibətlərində yaranan gərginlik və diaspor amili

Son illərdə Fransa ilə Azərbaycan arasında münasibətlər əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb mərhələyə qədəm qoyub. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Parisin Cənubi Qafqaz siyasəti Bakı tərəfindən dəfələrlə tənqid edilib. Azərbaycanın rəsmi mövqeyinə görə, Fransa bir sıra hallarda regionda balanslı vasitəçi mövqeyindən uzaqlaşaraq Ermənistanı açıq şəkildə dəstəkləyən siyasi xətt nümayiş etdirib. Bu dövrdə Fransa Senatında və Milli Assambleyasında qəbul edilən tövsiyə xarakterli qətnamələr, Ermənistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Fransa rəsmilərinin bəzi açıqlamaları iki ölkə arasında siyasi münasibətlərin gərginləşməsinə təsir göstərən amillər sırasında göstərilir.

Bu siyasi fon eyni zamanda Fransada yaşayan bəzi azərbaycanlı fəalların fəaliyyətini də diqqət mərkəzinə gətirib. Son illərdə sosial şəbəkələrdə, müxtəlif media platformalarında və ictimai aksiyalarda Azərbaycan dövlətinə qarşı sərt ritorika ilə çıxış edən şəxslərin fəaliyyəti cəmiyyətdə geniş müzakirə olunur. Məsələ ictimai müzakirələrdə əsas diqqət bəzi hallarda istifadə olunan ifadələrin, çağırışların və siyasi fəaliyyət formalarının hansı hüquqi və etik çərçivəyə uyğun olub-olmaması üzərində cəmlənir.

Fransa Avropanın ən qədim demokratik ənənələrinə malik ölkələrindən biridir və burada fikir və ifadə azadlığı fundamental hüquqlardan hesab olunur. Bununla yanaşı, Fransa hüquq sistemi bu azadlıqları mütləq hüquq kimi qəbul etmir. Ölkənin qanunvericiliyində nifrət nitqi, zorakılığa çağırış, terrorizmin təbliği, ayrı-seçkiliyə sövq edən çıxışlar və ictimai təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər cinayət və ya inzibati məsuliyyət yarada bilir. Bu yanaşma Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tətbiq praktikasına da uyğundur. Həmin maddə ifadə azadlığını təmin etsə də, milli təhlükəsizlik, ictimai asayiş, başqalarının hüquq və azadlıqlarının qorunması kimi hallarda qanunla nəzərdə tutulan məhdudiyyətlərə imkan verir.

Məhz bu kontekstdə Azərbaycanda tez-tez belə sual səslənir: əgər Fransa hüququ ifadə azadlığının da müəyyən sərhədlərini müəyyənləşdirirsə, Azərbaycan dövlətinə qarşı sistemli informasiya kampaniyaları və ya siyasi xarakterli fəaliyyətlər hansı meyarlar əsasında qiymətləndirilir? Bu sual dövlətlərarası münasibətlər və qarşılıqlı etimad baxımından da müzakirə olunur.

Digər tərəfdən, beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipi BMT Nizamnaməsinin əsas prinsiplərindən biri hesab olunur. Bu səbəbdən də Azərbaycanın ictimai-siyasi mühitində belə bir yanaşma geniş yayılıb ki, əgər rəsmi Bakı digər dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etmirsə, eyni prinsipin Azərbaycana münasibətdə də gözlənilməsi beynəlxalq hüququn və diplomatik münasibətlərin məntiqinə uyğundur.

Məsələnin mahiyyəti tənqidin mövcud olub-olmaması deyil. Demokratik cəmiyyətlərdə fərqli siyasi baxışların ifadə olunması təbii prosesdir. Müzakirə olunan əsas məsələ xarici ölkələrin ərazisində aparılan fəaliyyətin hansı məqsədə xidmət etməsi, onun dövlətlərarası münasibətlərə və qarşılıqlı etimad mühitinə necə təsir göstərməsidir. Məhz bu səbəbdən diaspor fəaliyyəti ilə başqa dövlətin daxili siyasi gündəminə təsir göstərmək cəhdləri arasında sərhədin müəyyənləşdirilməsi beynəlxalq münasibətlərdə həmişə aktual mövzulardan biri olaraq qalır.

Tənqid başqa, dövlət maraqlarına zərər vurmaq başqa

Demokratik cəmiyyətlərin əsas xüsusiyyətlərindən biri fikir plüralizmi və ifadə azadlığıdır. Hakimiyyətin fəaliyyəti ilə bağlı fərqli mövqelərin səsləndirilməsi, hökumətin qərarlarının tənqid olunması və alternativ baxışların irəli sürülməsi sağlam siyasi mühitin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu, həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquq sənədlərində qorunan fundamental hüquqlardandır.

Lakin beynəlxalq praktikada siyasi tənqid ilə dövlətin milli maraqlarına zərər vura biləcək fəaliyyət arasında müəyyən fərq qoyulur. Bu fərq ilk növbədə fəaliyyətin məqsədi, istifadə olunan vasitələr və nəticələri ilə müəyyən edilir. Bir çox demokratik ölkələrdə hökuməti tənqid etmək normal siyasi fəaliyyət sayılsa da, xarici dövlətlərin maraqlarına xidmət edən, milli təhlükəsizliyə zərər vura biləcək və ya ölkənin beynəlxalq mövqeyinin zəiflədilməsinə yönəlmiş fəaliyyətlər tamamilə başqa hüquqi və siyasi müstəvidə qiymətləndirilir.

Azərbaycan baxımından da məsələ məhz bu kontekstdə müzakirə olunur. Siyasi baxışların müxtəlifliyi cəmiyyət üçün təbii haldır və hər bir vətəndaşın fərqli mövqeyə malik olması demokratik prosesin tərkib hissəsidir. Ancaq fəaliyyət başqa dövlətlərin siyasi platformaları üzərindən Azərbaycanın beynəlxalq maraqlarının zəiflədilməsinə, ölkənin əleyhinə aparılan informasiya kampaniyalarının bir hissəsinə çevrilməsinə və ya dövlətin strateji mövqelərinə zərər vurulmasına xidmət edirsə, bu, artıq sadəcə fikir müxtəlifliyi kimi qiymətləndirilmir.

Beynəlxalq münasibətlərdə dövlətlə hökumət anlayışları da fərqləndirilir. Hökumətlər dəyişə bilər, siyasi kurslar yenilənə bilər, lakin dövlətin milli maraqları, suverenliyi və beynəlxalq nüfuzu daha uzunmüddətli anlayışlardır. Buna görə də dünyanın bir çox ölkəsində xaricdə yaşayan diaspor nümayəndələri daxili siyasi baxışlarından asılı olmayaraq, ölkələrinin milli maraqlarının müdafiəsində ortaq mövqe nümayiş etdirməyə çalışırlar.

Bu yanaşma xüsusilə güclü diaspor ənənəsinə malik ölkələrdə daha aydın görünür. Məsələn, ABŞ-də fəaliyyət göstərən yəhudi, yunan və hind diaspor təşkilatları müxtəlif siyasi baxışlara malik olsalar da, İsrailin, Yunanıstanın və ya Hindistanın strateji maraqlarına aid məsələlərdə vahid platformadan çıxış etməyə üstünlük verirlər. Eyni yanaşmanı bir sıra digər diaspor təşkilatlarının fəaliyyətində də müşahidə etmək mümkündür. Onların əsas məqsədi yaşadıqları ölkədə öz dövlətlərinin maraqlarını müdafiə etmək, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək, ictimai diplomatiyaya töhfə vermək və ölkələri haqqında obyektiv təsəvvür formalaşdırmaqdır.

Diasporun fəaliyyəti siyasi bəyanatlarla məhdudlaşmır. Xarici investisiyaların təşviqi, biznes əlaqələrinin qurulması, elmi əməkdaşlıq, tələbə mübadiləsi, mədəni layihələrin təşkili, parlamentlər və analitik mərkəzlərlə əməkdaşlıq da diaspor diplomatiyasının əsas istiqamətləri hesab olunur. Bu fəaliyyətlər ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir və uzunmüddətli perspektivdə daha davamlı nəticələr verir.

Məhz buna görə də daxili siyasi qarşıdurmaların xarici müstəviyə daşınması əksər ölkələrdə diasporun əsas funksiyası kimi qəbul edilmir. Güclü diaspor modeli qarşıdurma üzərində deyil, yaşadığı cəmiyyətlə etibarlı münasibətlər qurmaq, peşəkar nüfuz qazanmaq və həmin nüfuz vasitəsilə tarixi vətəninin milli maraqlarını qanuni və sivil üsullarla müdafiə etmək prinsipi üzərində formalaşır.

Güclü diaspor necə formalaşır?

Müasir beynəlxalq münasibətlər sistemində diaspor anlayışı əvvəlki dövrlərlə müqayisədə tamamilə yeni məna kəsb edir. Əgər XX əsrdə diaspor daha çox xaricdə yaşayan soydaşların milli kimliyini qoruması və mədəni əlaqələri yaşatması ilə əlaqələndirilirdisə, bu gün diaspor dövlətlərin "yumşaq güc" siyasətinin mühüm elementlərindən biri hesab olunur. Dünyanın aparıcı ölkələri xaricdə yaşayan vətəndaşlarını həm də ictimai diplomatiyanın, iqtisadi əlaqələrin, investisiyaların və beynəlxalq lobbiçilik fəaliyyətinin vacib iştirakçısı kimi qiymətləndirirlər.

Məhz buna görə də uğurlu diaspor modeli insanların sayına görə deyil, onların yaşadıqları ölkədə qazandıqları nüfuza görə müəyyən olunur. Tarix göstərir ki, ən təsirli diasporlar ilk növbədə yaşadıqları cəmiyyətin ayrılmaz hissəsinə çevrilməyi bacarıblar.

ABŞ-də fəaliyyət göstərən yəhudi diasporu bunun ən tanınmış nümunələrindən biridir. Bu diaspor uzun illər ərzində elm, maliyyə sektoru, media, hüquq sistemi, universitetlər, analitik mərkəzlər və siyasətdə güclü mövqe formalaşdırıb. Onların təsir imkanları məhz peşəkarlıqdan, iqtisadi gücdən və ictimai nüfuzdan qaynaqlanır.

Oxşar yanaşmanı hind diasporunda da görmək mümkündür. ABŞ, Böyük Britaniya və Kanadada yaşayan milyonlarla hind mənşəli vətəndaş informasiya texnologiyaları, tibb, mühəndislik, elm və sahibkarlıq sahələrində mühüm mövqelər tutur. Google-un baş icraçı direktoru Sundar Piçai, Microsoft-un rəhbəri Satya Nadella kimi dünya miqyasında tanınan simalar da bu diasporun potensialının göstəricilərindəndir. Bu uğurlar Hindistanın beynəlxalq imicinin formalaşmasına və ölkənin iqtisadi əlaqələrinin genişlənməsinə dolayısı ilə mühüm töhfə verir.

Yunan diasporu da uzun illərdir ABŞ, Avstraliya və Avropada siyasi institutlarla sıx əlaqələr quraraq mədəniyyət, din və ictimai diplomatiya vasitəsilə ölkəsinin maraqlarını müdafiə edir. Eyni yanaşmanı Çin diasporunun fəaliyyətində də görmək mümkündür. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla çinli sahibkar, alim və investor Çinin iqtisadi yüksəlişində mühüm rol oynayıb, ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə ciddi töhfə verib.

Bu nümunələrin hamısını birləşdirən ortaq xüsusiyyət var. Onlar ilk növbədə yaşadıqları ölkələrin ictimai həyatına inteqrasiya olunublar. Universitetlərdə professor, xəstəxanalarda həkim, şirkətlərdə rəhbər, mediada jurnalist, parlamentlərdə deputat, bələdiyyələrdə idarəçi, vətəndaş cəmiyyəti institutlarında fəal kimi fəaliyyət göstərərək yaşadıqları cəmiyyətin etibarını qazanıblar. Məhz bundan sonra onların səsləndirdiyi fikirlər dövlət qurumları, media və ictimai rəy tərəfindən daha ciddi qəbul olunmağa başlayıb.

Diasporun real gücü də məhz buradan başlayır. Güc yalnız sosial şəbəkələrdə emosional paylaşım etmək, sərt siyasi bəyanatlar vermək və ya gündəlik polemikalarda iştirak etməklə formalaşmır. Əsl təsir yaşanılan cəmiyyətin etibarını qazanmaq, peşəkarlıq nümayiş etdirmək və qərar qəbul edən institutlarla legitim əlaqələr qurmaqla əldə edilir. Çünki hər hansı ölkənin parlamentinə, hökumətinə, mediasına və ya akademik dairələrinə təsir göstərmək üçün ilk növbədə həmin cəmiyyətin etibarlı və nüfuzlu üzvünə çevrilmək lazımdır.

Azərbaycan diasporunun gələcək inkişaf modeli də məhz bu prinsiplər üzərində qurulmalıdır. Xaricdə yaşayan azərbaycanlılar ildə bir dəfə milli bayramlarda bir araya gələn icma deyil, yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və elmi həyatında söz sahibi olan peşəkar insanlar kimi tanınmalıdırlar. Bu, həm Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, həm də milli maraqların müdafiəsini daha effektiv edəcək.

Bu gün Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, Azərbaycan evləri və tələbə birlikləri artıq bu istiqamətdə mühüm addımlar atırlar. Lakin qarşıdakı mərhələdə əsas məqsəd sayın deyil, keyfiyyətin artırılması olmalıdır. Daha çox azərbaycanlının elmə, innovasiyaya, yüksək texnologiyalara, dövlət idarəçiliyinə, yerli özünüidarəetmə orqanlarına, media və vətəndaş cəmiyyəti institutlarına inteqrasiyası Azərbaycanın xaricdəki təsir imkanlarını daha da genişləndirəcək.

Müasir dünyada diasporun nüfuzu onun keçirdiyi aksiyaların sayı ilə deyil, yaşadığı cəmiyyətin inkişafına verdiyi töhfə, qazandığı ictimai etibar və qərar qəbul edən institutlarla qurduğu dayanıqlı münasibətlərlə ölçülür. Güclü diaspor məhz bu əsaslar üzərində formalaşır.

Azərbaycan diasporunun qarşısında yeni vəzifələr dayanır

44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi. Bu tarixi Zəfər ölkənin xarici siyasətində, beynəlxalq nüfuzunda və diaspor fəaliyyətinin prioritetlərində də yeni mərhələnin əsasını qoydu. Müharibədən əvvəl Azərbaycan diasporunun əsas missiyası Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətləri və işğal faktının beynəlxalq ictimaiyyətə çatdırılması idisə, bu gün həmin gündəlik əhəmiyyətli dərəcədə dəyişib.

Artıq Azərbaycan postmünaqişə dövrünü yaşayan, regionun nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, yaşıl enerji layihələrinə investisiya yatıran və qlobal təşəbbüslərlə çıxış edən ölkə kimi təqdim olunur. Bu dəyişiklik diaspor təşkilatlarının fəaliyyət istiqamətlərinin də yenilənməsini zəruri edir.

Bu gün xaricdə yaşayan azərbaycanlıların əsas vəzifələrindən biri Azərbaycanın yeni inkişaf modelini yaşadıqları cəmiyyətlərə düzgün təqdim etməkdir.

Azərbaycanın Orta Dəhliz layihəsində artan rolu, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Cənub Qaz Dəhlizi, bərpaolunan enerji layihələri, rəqəmsal transformasiya, iqtisadi islahatlar, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proqramları, multikulturalizm siyasəti, tolerantlıq ənənələri və beynəlxalq humanitar təşəbbüslər də diaspor fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilməlidir.

Lakin bu vəzifələri yerinə yetirmək üçün diaspor nümayəndələrinin ilk növbədə yaşadıqları ölkələrdə nüfuz qazanması vacibdir. Tarixi təcrübə göstərir ki, dövlətlərin maraqları ən effektiv şəkildə həmin ölkənin ictimai, siyasi və iqtisadi həyatında söz sahibi olan insanlar vasitəsilə müdafiə olunur. Elm, təhsil, innovasiya, yüksək texnologiyalar, sahibkarlıq, media, hüquq, dövlət idarəçiliyi və vətəndaş cəmiyyəti sahələrində uğur qazanan azərbaycanlıların sayı artdıqca, Azərbaycanın beynəlxalq mövqeləri də təbii olaraq möhkəmlənir. Diasporun gücü təşkilatların sayında deyil, onların cəmiyyətə təsir imkanlarında ölçülür.

Azərbaycanın kifayət qədər potensialı var

Son illər Azərbaycan dövlətinin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, ərazi bütövlüyünün və suverenliyin tam bərpası, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal fəaliyyəti, eləcə də beynəlxalq tədbirlərə ev sahibliyi ölkənin diplomatik imkanlarını daha da gücləndirib.

Bununla yanaşı, Azərbaycanın media imkanları da genişlənib. Xarici dillərdə fəaliyyət göstərən informasiya resurslarının sayı artır, beynəlxalq platformalarda Azərbaycanla bağlı mövqelərin çatdırılması üçün yeni kommunikasiya vasitələri formalaşır. Diaspor təşkilatlarının koordinasiyası güclənir, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri, mədəniyyət mərkəzləri və ictimai birliklər arasında əməkdaşlıq daha sistemli xarakter alır.

Bu potensial Azərbaycana yaşadığı ölkələrdə ictimai nüfuz qazanan minlərlə soydaş vasitəsilə beynəlxalq müstəvidə daha fəal iştirak etmək imkanı verir. Lakin bu imkanların məqsədi başqa dövlətlərin daxili siyasi proseslərinə təsir göstərmək və ya onların ictimai həyatına müdaxilə etmək deyil. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaqdır. Bu prinsip diaspor fəaliyyətinin fəlsəfəsində də öz əksini tapmalıdır.

Azərbaycan üçün ən səmərəli model qarşılıqlı hörmətə əsaslanan diaspor siyasətidir. Xaricdə yaşayan azərbaycanlılar yaşadıqları cəmiyyətlərdə peşəkarlıq, dürüstlük və ictimai fəallıq sayəsində nüfuz qazandıqca, onların Azərbaycanın maraqları ilə bağlı səsləndirdikləri mövqelər də daha inandırıcı və təsirli olur. Məhz buna görə güclü diaspor yaşadığı ölkədə tanınan alim, uğurlu sahibkar, nüfuzlu jurnalist, hüquqşünas, müəllim, həkim, bələdiyyə üzvü, deputat və ya ictimai xadim deməkdir.

Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu təkcə siyasi bəyanatlarla formalaşmır. Etibar, peşəkarlıq və uzunmüddətli əməkdaşlıq daha böyük təsir gücünə malikdir. Azərbaycan diasporunun gələcək inkişafı da məhz bu prinsiplər üzərində qurulmalıdır. Xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai həyatına nə qədər uğurla inteqrasiya olsalar, Azərbaycanın milli maraqlarını müdafiə etmək imkanları da bir o qədər geniş olacaq. Çünki beynəlxalq münasibətlərdə ən davamlı təsir etimad üzərində qurulan təsirdir və diasporun ən böyük gücü də məhz bu etimadı qazana bilməsindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Avqust 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri