Icma.az
close
up
RU
Azərbaycan diasporu xarici mətbuatda ölkəmiz əleyhinə yönələn təxribatçı yazı və məqalələrə cavab verməyi bacarmalıdır

Azərbaycan diasporu xarici mətbuatda ölkəmiz əleyhinə yönələn təxribatçı yazı və məqalələrə cavab verməyi bacarmalıdır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan diasporunun tarixi o qədər uzun müddətli tarixə söykənmir. Tarixin gedişatı göstərir ki, torpağı, dövlət olmayan xalqlar daha çox təşkilatlanmağa meyl göstərirlər. Bizim min illik tarixi dövlətçiliyimiz var. Son yüz ilin tarixi göstərir ki, təşkilatlanmaq mütləq vacib amildir. 1920-ci il 28 aprel işğalından sonra bir sıra siyasi-ictimai xadimlər, ziyalılar, Azərbaycan burjuaziyasının bəzi ailə üzvləri ölkəni tərk etmək məcburiyyətində qaldılar. Sonradan onlar da təşkilatlanmağa başladılar. Əsas məqsədləri Azərbaycanı azad görmək idi. Ömürlərinin son günlərinə qədər sovetlər birliyinə qarşı mübarizə aparırdılar. 80-ci illərin ortalarından SSRİ-nin çöküşü ilə başlanan siyasi-iqtisadi hadisələr fonunda nə qədər informasiya blokadası olsa da xaricdə yaşayan soydaşlarımız baş verən prosesləri izləməyə çalışırdılar və öz münasibətlərini bildirirdilər.

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 20 yanvar hadisələri Avropada yaşayan, İğdırdan olan azərbaycanlıları hərəkətə gətirmişdi: “Sovetlər birliyinə qarşı mitinqlər, aksiyalar olurdu və xarici mətbuata faciənin təfərrüatı ilə bağlı məlumatlar çatdırırdılar. Onlar Bakıya gəlib xalqın yanında olduqlarını bəyan edirdilər. Həmin vaxt Avropada güclü Azərbaycan təşkilatları olmadığı üçün nüfuzlu ziyalılar Azərbaycan təşkilatlarının yaranmasının vacibliyini dilə gətirirdilər.

Birinci Qarabağ müharibəsinin başlanması və Ermənistan ordusu tərəfindən Qarabağın işğalı prosesinin həyata keçirilməsi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına böyük təsir göstərdi. 90-cı illərdən başlayaraq xaricdə Azərbaycanla bağlı bir sıra təşkilatlar formalaşmağa başladı. Xüsusilə, Ermənistanın təcazüvünə qarşı mitinqlərin keçirilməsi ilə yanaşı, yerli dairələrə Azərbaycan həqiqətlərinin çatdırılması diqqətdə saxlanılırdı. Bunlar vətənpərvər insanlarımızın sayəsində baş verirdi. Bu proseslər həm də diqqəti Azərbaycan məsələsinə yönəltməyə hesablanmışdı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Bu addım dünya azərbaycanlıları arasında milli-mənəvi birliyinin güclənməsinə gətirib çıxartdı. Ondan sonra 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi Azərbaycan diaspor tarixində yeni bir mərhələnin başlanmasına gətirdi. Daha sonra Prezident İlham Əliyev bu prosesi uğurla davam etdirdi. Bu gün diaspor fəaliyyətini xüsusi diqqət saxlayır”.

Elnur Eltürk

Elnur Eltürk vurğulayıb ki, Azərbaycan diasporu, soydaşlarımız 44 günlük Vətən müharibəsində sözün əsl mənasında böyük birlik nümayiş etdirdilər: “Keçirilən aksiyalar, xarici mətbuatda onların çıxışlarını müşahidə edirdik. Dövlət və diaspor arasında sözlə ifadə olunmayacaq səviyyədə birlik mövcud idi. Çünki bunu zaman tələb edirdi. Minlərlə insanların iştirakı ilə aksiyaların keçirilməsi bir daha onu göstərirdi ki, soydaşlarımız üçün Qarabağ məsələsi milli xətdir. Erməni diasporunun təxtibatlarının qarşısının alınmasında müstəsna rol oynayırdılar. Bu da bizim diaspor tariximizdə ən şərəfli iz kimi qalacaq.

Düşünürəm ki, biz bu prosesi daima qorumalıyıq. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı çıxışında beynəlxalq arenada erməni diasporunun ölkəmizə qarşı apardığı antitəbliğata diqqət çəkdi. Bu da onu göstərir ki, erməni diasporu boş dayanmayıb və Qarabağ məsələsi ilə bağlı təxribatlarını davam etdirirlər. Belə olan halda yenə də ayıq-sayıq olmalıyıq. Onların təxribatlarının qarşısının alınmasında milli birliyimizi daima qorumalı və onun inkişafı haqqında düşünməliyik.

Üstəlik, Azərbaycan diasporu xarici mətbuat orqanlarında ölkəmiz əleyhinə yönələn təxribatçı yazı və məqalələrə əsaslı cavab verməyi bacarmalıdır. Çünki Vətən müharibəsində sosial şəbəkələr üzərindən ölkəmizin əleyhinə yönələn təxribatçı statusların silinməsində xaricdə olan soydaşlarımız aktiv rol oynayırdılar. Xarici teleməkanda mövqelərimizi gücləndirilməsi haqqında düşünmək olar. Bu, ölkəmiz daha çox dost qazandırar”.

Diaspor üzrə araşdırmaçı-ekspert sözlərinə görə, bu günün reallığı onu tələb edir ki, diasporumuz Azərbaycan üçün körpü rolunu oynamalıdır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri