Icma.az
close
up
RU
Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün MİQ mövzuları

Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün MİQ mövzuları

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində müəllimlərə Azərbaycan dili və ədəbiyyat üzrə 40 sual təqdim ediləcək.
Modern.az Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir ki, namizədlər oxu üzrə 10, yazı üzrə 3, dil qaydalarıdan 12, ədəbiyyat və həyat həqiqətləri mövzusundan isə 15 sualı cavablandırmalı olacaqlar. 
Məzmun sahələri üzrə mövzuları təqdim edirik:
1. Oxu
1.1. Mətn üzrə fəaliyyətlər
•    Mətnin xüsusiyyətlərinin müəyyən edilməsi
•    Mətnin tərkib hissələrinin (giriş, əsas hissə, nəticə) müəyyən edilməsi
•    Kontekstə əsasən söz və ifadələrin mənasının müəyyən edilməsi
•    Mətnin üslubuna görə fərqləndirilməsi
•    Mətnin üslub və struktur xüsusiyyətlərinə görə təhlil edilməsi
•    Mövzu və ideyanın müəyyən edilməsi
•    Səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi
•    Mətndə problemin müəyyən edilməsi
•    Mətn tiplərinin (nəqli, təsviri, mühakimə) müəyyən edilməsi
•    Obrazların səciyyələndirilməsi
2. Yazı
•    Durğu işarələrinin işlənmə qaydası
•    Plan tərtib edilməsi
•    Əməli yazılar (ərizə, tərcümeyi-hal, akt, məktub və s.)
•    Ədəbi dilin normalarının (nitq mədəniyyətinin) yoxlanılması
•    Ədəbi dilin üslublarının yoxlanılması
3. Dil qaydaları
3.1. Fonetika
•    Saitlərin, samitlərin yazılışı və tələffüzü
•    Sözün hərf və səs tərkibi
•    Ahəng qanunu
•    Heca
•    Vurğu
•    Fonetik təhlil
3.2. Leksika
•    Sözün leksik və qrammatik mənası
•    Sözün həqiqi və məcazi mənası
•    Çoxmənalı sözlər
•    Omonimlər
•    Sinonimlər
•    Antonimlər
•    Frazeoloji birləşmələr
•    Terminlər
•    Leksik təhlil
3.3. Söz yaradıcılığı
•    Kök və şəkilçi
•    Sözün quruluşca növləri (bütün nitq hissələrini əhatə edir)
•    Mürəkkəb sözlərin yaranma yolları və orfoqrafiyası
•    Sözün başlanğıc forması
•    Sözün tərkibinə görə təhlili
3.4. Morfologiya
3.4.1. Əsas nitq hissələri
•    İsim: Quruluşca növləri, qrammatik kateqoriyaları (hal, mənsubiyyət, şəxs, kəmiyyət), ümumi və xüsusi isimlər, konkret və mücərrəd isimlər, atributivləşməsi, sintaktik vəzifələri
•    Sifət: Quruluşca növləri, əlamət və keyfiyyət bildirməsi, müqayisə dərəcələri, substantivləşməsi, sintaktik vəzifələri
•    Say: Quruluşca və mənaca növləri, substantivləşməsi, orfoqrafiyası, sintaktik vəzifələri
•    Əvəzlik: Quruluşca və mənaca növləri, sintaktik vəzifələri
•    Feil: Hərəkətin obyekti və subyekti, quruluşca növləri, təsdiq və inkar, təsirli və təsirsiz, qrammatik məna növləri, şəxsə və kəmiyyətə görə dəyişən və dəyişməyən formaları, sintaktik vəzifələri, “idi”, “imiş”, “isə” hissəcikləri
•    Zərf: Quruluşca və mənaca növləri, sintaktik vəzifələri
3.4.2. Köməkçi nitq hissələri
•    Qoşma: Mənaca növləri, orfoqrafiyası, durğu işarələri, sintaktik vəzifələri
•    Bağlayıcı: Quruluşca və mənaca növləri, durğu işarələri, cümlədə rolu
•    Ədat: Quruluşca və mənaca növləri, orfoqrafiyası, durğu işarələri, cümlədə rolu
•    Modal sözlər: Quruluşca və mənaca növləri, durğu işarələri, cümlədə rolu
•    Nida: Quruluşca növləri, orfoqrafiyası, cümlədə rolu
•    Yerinə görə nitq hissələrinin bir-biri ilə oxşarlığı
•    Sözün morfoloji təhlili
3.5. Sintaksis
•    Söz birləşmələri və növləri (ismi və feili birləşmələr, mürəkkəb adlar)
•    Sintaktik əlaqələr: tabesizlik, tabelilik (uzlaşma, idarə, yanaşma)
•    Cümlə üzvləri: mübtəda və xəbər (xüsusiyyətləri və ifadə vasitələri)
•    İkinci dərəcəli üzvlər: tamamlıq, təyin, zərflik
•    Həmcins üzvlər və ümumiləşdirici sözlər, durğu işarələri
•    Cümlədə söz sırası, məntiqi vurğu, əlavələr, xitab, ara sözlər və onlara aid durğu işarələri
•    Cümlənin növləri: məqsəd və intonasiya, şəxsə və quruluşa görə
•    Vasitəsiz və vasitəli nitq, durğu işarələri
•    Sintaktik təhlil
•    Yazının növləri
4. Ədəbiyyat və həyat həqiqətləri
4.1. Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı ədəbiyyat
•    Nağıllar və əfsanələr
•    “Kitabi-Dədə Qorqud” boyları
•    Klassiklər: Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli və s.
•    Aşıq ədəbiyyatı: Koroğlu eposu, Aşıq Ələsgər və s.
•    Maarifçilik dövrü: Axundzadə, Vaqif, Seyid Əzim və s.
•    Realizm və XX əsr: Cəlil Məmmədquluzadə, Sabir, Cavid, Hadi, Cabbarlı və s.
•    Müasir dövr: Anar, Elçin, İlyas Əfəndiyev, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza və s.
•    Dünya ədəbiyyatı: İvan Krılov, Ernest Heminquey, Mehmet Akif Ərsoy, Çingiz Aytmatov
4.2. Mövzulararası əlaqə
4.3. Ədəbiyyat nəzəriyyəsi
•    Nəzm və nəsr
•    Azərbaycan şeirində vəznlər
•    Ədəbi növlər və janrlar
•    Bədii əsərdə həyat hadisələrinin əks olunması
•    Bədii gülüş
•    Bədii əsərin quruluşu: süjet və kompozisiya
•    Bədii dil: təsvir və ifadə vasitələri

Sənəddə qeyd olunub ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Ədəbiyyat fənni (hər iki bölmədə) üzrə mətn əsasında tapşırıqların verilməsi nəzərdə tutulur. Azərbaycan dili və ədəbiyyat fənni üzrə verilmiş əsərlərin tam versiyasını (bütöv şəkildə ixtisarsız) oxumaq tövsiyə edilir.
Azərbaycan dili və ədəbiyyat fənni üçün tövsiyə olunan əsərlər:
1. “Həmzənin Qıratı qaçırması” – “Koroğlu” dastanından parça
2. Cəlil Məmmədquluzadə – “Anamın kitabı”
3. Cəfər Cabbarlı – “Oqtay Eloğlu”
4. Səməd Vurğun – “Vaqif”
5. İlyas Əfəndiyev – “Xurşidbanu Natəvan”
6. Əhməd Cavad – “Səsli qız” (poema)
7. Hüseyn Cavid – “İblis” (faciə)
Rus dili və ədəbiyyat fənni üçün tövsiyə olunan əsərlər:
1. Mirzə Fətəli Axundzadə – “Aldanmış kəvakib”
2. Aleksandr Puşkin – “Yevgeni Onegin”
3. Mixail Lermontov – “Zəmanəmizin qəhrəmanı”

Xatırladaq ki, bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).
Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:1413
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri