Icma.az
close
up
RU
Azərbaycan dili yalnız bu günün deyil, gələcəyin də dilidir

Azərbaycan dili yalnız bu günün deyil, gələcəyin də dilidir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır.
Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Dünyada 5 minə yaxın dil var, amma onların 200-ə yaxını rəsmi dövlət dilidir. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, dilini qoruyub yaşadan dövləti var. Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır. Çindən Avropaya qədər böyük bir ərazidə kök salmış ana dilimiz türk dili ailəsinə məxsusdur. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalsa da, dilimiz bu gün yaşayır və inkişaf edir, məmləkətimiz kimi müstəqildir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq sovetlərə daxil respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Yeni sovet konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Azərbaycan dilinin respublikada dövlət dili elan edilməsi birbaşa xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətləridir. Məhz onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini qorumuş oldu. Biz vətəndaşlar olaraq bu böyük yolun yolçusu olmalıyıq. Ana dilimizi qorumalı, yaşatmalı və zənginləşdirməliyik. Çünki dilimizi qorumaq Vətəni qorumaqdır.
Müasir dövrdə Azərbaycan dilinin internet və texnologiyada daha geniş yer alması üçün bir sıra layihələr həyata keçirilir. Elektron lüğətlər, tərcümə proqramları, Azərbaycan dilində mobil tətbiqlər və e-kitablara olan maraq artmaqdadır. Dövlət səviyyəsində rəqəmsal məzmunun artırılması istiqamətində təşəbbüslər vardır. Eyni zamanda, süni intellekt sistemlərində, avtomatik nitq tanıma və tərcümə texnologiyalarında Azərbaycan dilinin inteqrasiyası vacib məsələlərdən biridir. Azərbaycan dili yalnız bu günün deyil, gələcəyin də dilidir. Onu yaşatmaq tarixə, mədəniyyətə və gələcək nəsillərə olan borcumuzdur.
Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Aprel 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri