“Azərbaycan dilini qorumaq və təbliğ etmək yalnız ana dilini qorumaq demək deyil...”
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Nizami Cəfərov: “Bu, həm də tarixi, ədəbiyyatı, incəsənəti qorumaq deməkdir”
“Azərbaycan dilini qorumaq və təbliğ etmək yalnız ana dilini qorumaq demək deyil. Bu, həm də tarixi, ədəbiyyatı, incəsənəti qorumaq deməkdir”.
Bunu Moderator.az-a açıqlamasında akademik Nizami Cəfərov bildirib. O, qeyd edib ki, dili qorumaq dilə bağlı bütün dəyər və mənəvi sərvətlərimizin qorunması anlamına gəlir:
“Dil elə bir sərvətdir ki, o, sadəcə özü ilə məhdudlaşmır. Dilin arxasınca ədəbiyyat gəlir. Dilin arxasında tarix, incəsənət və s. gəlir. Bütün bunlar dillə bağlıdır. Yəni biz dilimizi qorumaqla komplek olaraq bütün bunların hamısını qorumuş oluruq. Buna görə də Azərbaycan dilinin qorunmasına, təbliğinə hər zaman xüsusi diqqət yetirmək olduqca vacibdir. Bu dil böyük dildir və onu qorumaq, təbliğ etmək hər birimizin borcudur”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















