Trapın qərarının Azərbaycana təsiri: “Neftin qiyməti enəcək, amma Venesuelaya görə yox”
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Venesuela neftinin intensiv şəkildə bazara çıxarılmasının Azərbaycan neftinə hər hansı ciddi təsir göstərəciyini düşünmürəm. Çünki Venesuela nefti yalnız ABŞ-dəkı bazara təsir edə bilər”.
Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
O, Birləşmiş Ştatların dünyanın ən böyük neft yataqlarına malik ölkənin "qara qızıl"ına sahib olma istəyinin Azərbaycan iqtisadiyyatının fəqərə sütununa necə təsir edəcəyini şərh edib.
Ekspertin fikrincə, yaxın perspektivdə Venesuela neftinin dünya bazara çıxarılması inandırıcı deyil:
“Bu nefti ABŞ şirkətləri hasil edəcək, artıracaq və Texasda emal ediləcək. Nəticədə, Qərbi Texas neftinin ucuzlaşacaq. Ancaq Venesuelanın hazırda nə böyük ixrac həcmləri var, nə də böyük həcmdə neft ixracı. Ona görə də, böyük kapital qoyulmalıdır ki, Venesuela illər sonra bazara yeni həcmləri çıxara bilsin. Ən az 3 il sonra.
İndiki mərhələdə Venesuelanın neft ixracı hardasa 20-25 faiz artırıla bilər. Həmin neft də ABŞ-yə gedəcək və demək olar ki, dünya bazarına aidiyyəti yoxdur.
İ. Şaban vurğulayıb ki, bununla belə, dünyadakı dəyişkən siyasi vəziyyət neft qiymətlərinə mənfi təsir edə bilər:
“Ən böyük narahatlıq odur ki, dünyadakı qeyri-stabil vəziyyət artır. Qeyri-stabilliyin artması isə ticarət əlaqələrinin zəifləməsinə səbəb olur. Ticarət əlaqələrinin zəifləməsi isə enerjinin istehlakını azaldır. Belə şəraitdə, neftin qiyməti tələb-təklif münasibətlərinə uyğun olaraq, xeyli ucuzlaşa bilər”.
Xatırladaq ki, Venesuelaya hücumdan və Prezident Nikolas Maduronun həbsindən sonra Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-yə 30-50 milyon barel sanksiyalı neft köçürəcəyini açıqlayıb.
Tramp bildirib: "Bu neft bazar qiymətinə satılacaq və mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi, bu pulun Venesuela və ABŞ xalqlarının xeyrinə istifadə olunmasını təmin etmək üçün nəzarət edəcəyəm".
Prezident və onun müşavirləri Venesuelanın neft sənayesi üzərində gələcək illər üçün nəzarəti ələ keçirmək üçün genişmiqyaslı plan hazırlayırlar. Artıq Birləşmiş Ştatların nəhəng neft hasilatçıları ilə görüş keçirilib. Yalnız "ExxonMobile" şirkətinin rəhbərliyi Donald Trampın ideyalarına soyuq yanaşıb.
İlkin hesablamalara görə, Venesuelanın 2040-cı ilə qədər neft hasilatını gündə 3 milyon barelə çatdırmaq üçün 183 milyard dollara ehtiyacı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Yanvar 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















