Icma.az
close
up
RU
Livanın əsas cənub hissəsi İsrailin əsas hədəflərindən biridir Politoloq

Livanın əsas cənub hissəsi İsrailin əsas hədəflərindən biridir Politoloq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fələstin Prezidenti Mahmud Abbas müsahibəsində bildirib ki, İsrail Qəzzanı yox etdikdən sonra növbə Fələstinə çatacaq, onlar Fələstini də tamamilə yox etmək istəyirlər.

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, İsrailin Fələstin işğalını həyata keçirməkdə əsas niyyəti məhz Fələstini dövlətçiliyini məhv etməkdir.

"Yaradılacaq Fələstin dövləti üçün üç əsas ərazi nəzərdə tutulub. Bunlar Qəzza zolağı, İordan çayının sahilləri və Qüdsün şərq hissəsidir. İsrail Trampın birinci prezidentliyi dövründə İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsi bariz şəkildə göstərirdi ki, ABŞ Qüdsün tamamilə İsrailin paytaxtı olmasına, ərazisi olmasına razılıq verib.

İkinci məsələ isə İordan çayının sahillərində kütləvi şəkildə yəhudi yaşayış məskənlərinin salınmasıdır. Bu, Fələstin dövlətçiliyi üçün çox ciddi şəkildə təhdiddir və gələcəkdə ümumilikdə bu ərazinin İsrailə tamamilə birləşdirilməsi istiqamətində mühüm addım olacaq".

Poliqoloq vurğuladı ki, İsrail Qəzzanın prosesi sürətli şəkildə icra etməyə çalışır:

"Qəzzaya hücumlarda əsas məqsəd heç də yalnız Həmasın məhv edilməsi deyil. Təbii ki, burda Həmas da məhv ediləcək. Bu, İsrailə qarşı Fələstindəki ən böyük müqavimət hərəkatıdır. İkinci önəmli məsələ isə oradan fələstinliləri zor gücü ilə çıxardaraq prosesi həyata keçirməkdir. İnsanların evlərinin sökülməsi, fələstinlilərin yerindən çıxarılması və burada yəhudilər üçün yeni yaşayış məskənlərinin salınması, Qəzzanın tamamilə İsrailə birləşdirilməsidir.

Bu, addım-addım Böyük İsrail planını həyata keçirməyə xidmət edən bir məsələdir və burada əsas məsələ məhz Fələstin torpaqlarının işğalıdır. Mahmud Abbas dediklərində hələ yarımçıq məlumat verib. Nəinki İsrailin niyyəti Fələstini tamamilə işğal etməkdir, o cümlədən Livanı işğal etmək niyyəti də mövcuddur. Yəni Livanın əsas cənub hissəsi İsrailin əsas hədəflərindən biridir. Həmin bölgəyə çox ciddi şəkildə hücumlar edir. Eləcə də Suriyanın, məsələn, Qolan təpəliklərini əlində saxlayır, mühüm su hövzələrini nəzarətdə saxlayır. Gələcəkdə buralara da hücumlar edə bilər. Yaxın Şərqdə İsrailin hal-hazırda əsasən təhdid altında olan təkcə Fələstin deyil. Livan və Suriya əraziləri də İsrail tərəfindən gələcək planlar kimi nəzərdən keçirilir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri