Icma.az
close
up
RU
Azərbaycan Dillər Universitetində çinli həkimlərin humanitar aksiyası

Azərbaycan Dillər Universitetində çinli həkimlərin humanitar aksiyası

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 iyul, AZƏRTAC

Çinli tibb ekspertlərindən ibarət heyət Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Tyantszin Xərçənglə mübarizə Assosiasiyasının dəstəyi ilə təşkil olunmuş “Şanxay Əməkdaşlıq Təşkilatının xərçəng əleyhinə tibbi turu” adlı elmi seminar keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Tyantszin Tibb Universitetinin Onkoloji Xəstəxanasının direktor müavini Şen Tszyun və Süd vəzisinin plastik cərrahiyyəsi şöbəsinin müdiri İn Tszyan süd vəzi və ağız boşluğu xərçənginin qarşısının alınması və müalicəsi sahəsində Çin təcrübəsindən danışıblar.

Sonra çinli həkimlər ADU-nun müəllimləri və Azərbaycandakı Çin icmasının nümayəndələri üçün ağız boşluğunun skrininqi, süd vəzlərinin əl ilə müayinəsi və qalxanabənzər vəzin ultrasəs diaqnostikasından ibarət klinik sessiya keçirib, xəstələrə xərçəngin qarşısının alınması və sağlam həyat tərzinin əsas prinsipləri ilə bağlı fərdi tövsiyələr veriblər.

Tədbir çərçivəsində çinli həkimlər ADU-nun Konfutsi İnstitutunun tədris, mədəni, təhsil və elmi fəaliyyəti ilə tanış olub, o cümlədən ənənəvi Çin təbabətinə dair keçirilmiş seminarlar barədə məlumatlandırılıblar. Qonaqlara Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr olunmuş “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının “Dialoq tərəfdaşı” statusuna malik Azərbaycan tibbi-sanitariya yardımı və ictimai səhiyyə sistemlərinin inkişafı sahəsində üzv ölkələrlə əlaqələri fəal şəkildə genişləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri