Icma.az
close
up
RU
Azərbaycan səhnəsindən beynəlxalq uğurlara: Akademik Musiqili Teatrın 115ci mövsüm nailiyyətləri AZƏRTAC

Azərbaycan səhnəsindən beynəlxalq uğurlara: Akademik Musiqili Teatrın 115ci mövsüm nailiyyətləri AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 yanvar, Fidan Əlizadə, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi yanvarın 11-i və 12-də Xalq artisti İlham Namiq Kamalın yubileyi münasibətilə hazırlanan “Əliqulu bu gün evlənir” tamaşasını təqdim edəcək. Dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti olan komediya yazıçı-dramaturq Sabit Rəhmanın əsəri əsasında səhnələşib. Tamaşanın əsas obrazı Əliqulu satira və gülüş hədəfinə çevrilib.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova deyib. Teatrın qazandığı uğurlardan və yeni layihələrindən söhbət açan F.Aslanovanın müsahibəsini təqdim edirik.

-115-ci mövsümünü geridə qoyan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün 2024-cü ili necə dəyərləndirirsiniz?

-2024-cü il teatrımız üçün olduqca uğurlu bir il kimi yadda qaldı. Həm repertuarımızda yer alan tamaşaların nümayişi, həm də yeni səhnə əsərlərinin təqdimatı baxımından zəngin bir il keçirdik. Teatrsevərlərin zövqünü oxşamaq və sənətimizə olan marağı artırmağa çalışdıq. Bir-birindən maraqlı tamaşalarla həm ölkəmizdə, həm də xarici ölkələrdə teatrımızı uğurla təmsil etdik.

-Ötən il ərzində təqdim olunan tamaşalardan hansıları xüsusi qeyd edə bilərsiniz?

-Yeni səhnə əsərlərimiz arasında “Adamın adamı” (Vasif Adıgözəlov, Anar, rejissor İlham Namiq Kamal), “Palata” (Anton Çexov, rejissor Ər-Toğrul), “Qadınım” (Tuncər Çücənoğlu, rejissor İradə Gözəlova) və “Əliqulu bu gün evlənir” tamaşaları xüsusi maraq doğurdu. Bundan başqa, monotamaşalarımız - “Killerdən teleqram” (rejissor Zaur Əliyev) və “Aysedora” (rejissor Cavid İmamverdiyev) da böyük uğur qazandı. Balaca teatrsevərlər üçün “İki küpəgirən qarı” və Yeni il ərəfəsində təqdim olunan “Evdə tək” tamaşası da çox bəyənildi.

-Teatrın beynəlxalq əlaqələri hansı səviyyədədir?

-2024-cü ildə teatrımız beynəlxalq tədbirlərdə fəal iştirak etdi. May ayında Moskvanın “Pyotr Fomenkonun emalatxanası” teatrı bizdə qonaq oldu və “Qurdlar və qoyunlar” tamaşasını təqdim etdi. Sentyabr ayında isə “Aysedora” monotamaşamız Belarusun Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında nümayiş olundu və mükafata layiq görüldü. Solistimiz Rauf Babayev Qazaxıstanda “DosStar” Operetta və Müzikl Festivalında çıxış edərək ölkəmizi uğurla təmsil etdi.

-Regionlara təşkil olunan səfərlər barədə fikirləriniz də maraqlı olardı...

- Regionlara qastrol səfərləri ənənəmiz davam edir. Ötən il teatrımız Şəki Beynəlxalq Teatr Festivalında və Gəncə Dövlət Filarmoniyasında uğurla çıxış etdi. Gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” monotamaşası Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında mükafatlar qazandı.

-Ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində teatr hansı repertuarla çıxış etdi?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 günlərində teatrımız xüsusi repertuarla çıxış etdi. Qırğızıstanın “Adəm” adlı balet tamaşası teatrımızda böyük maraqla qarşılandı. Bu tədbir çərçivəsində qapılarımızı bütün teatrsevərlərə açıq elan etdik və hər kəsə zəngin bir proqram sərgilədik. Hətta Esvatini Krallığının xanımı Philile Thulile Dlamini teatrımızı ziyarət etdi və xoş təəssüratlarla ayrıldı.

- 2025-ci il üçün planlarınız...

- İnanırıq ki, yeni ildə də uğurlarımız davam edəcək. Tamaşaçılarımıza daha çox yeni səhnə əsərləri təqdim etməyi, beynəlxalq layihələrdə iştirak etməyi və teatrın sənət aləmindəki mövqeyini daha da gücləndirməyi planlaşdırırıq. Teatrımızda yanvarın 10-da “İnanıram”, 16-da “Leyli və Məcnun”, 17-də “Anamın kitabı” və “Kimdir müqəssir?”, 18-də “Paris Notr-Dama ithaf”, 19-da “Bir nəfəs qədər”, 23-də “Aysedora”, 24-də “999-cu gecə”, 25-də “Buratino”, “Psix”, 26-da “İki küpəgirən qarı”, “Lara Martin’s Jazz Club”, 30-da “Killerdən teleqram”, 31-də isə “O olmasın, bu olsun” tamaşaları nümayiş olunacaq. Bütün teatrsevərləri repertuarımızı izləməyə və tamaşalarımıza baxmağa dəvət edirik!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri