Icma.az
close
up
RU
Azərbaycan Dövlət Kukla Teatrında daha bir vacib sosial mədəni aksiya reallaşıb

Azərbaycan Dövlət Kukla Teatrında daha bir vacib sosial mədəni aksiya reallaşıb

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"OYUN" İnklüziv Teatrının təqdimatında "Parkda" tamaşasının premyerası oldu.

"Yeni Azərbaycan" xəbər verir ki, Millət vəkili, ictimai-siyasi xadim, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, eləcə də  mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin, ictimai sferada tanınan simaların izlədiyi tamaşa maraqla qarşılanıb. 

Məlumat üçün deyək ki, cəmiyyətdəki sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını ön plana çıxaran tamaşa real qəhrəmanların həyat hekayələrinin səhnələşdirilmiş yozumudur. Tamaşada müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlarla yanaşı əlilliyi olan həvəskarlar da rol alıblar. 

Bu mənada səhnə aktının  əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla bir layihədə iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.
Tamaşanın ideya və quruluş müəllifi Saida Hagverdiyeva, quruluşu rəssamı İqbal Əliyevdir.

Tamaşada rolları Zülfiyyə Qurbanova (Aynur), Zümrüd Qasımova (Dilarə), Ülviyyə Əliyeva (Sərgül), Türkay Cəfərli (Murad), Gülçöhrə Abdullayeva (Bibixanım),  Səbinə Məmmədova (Ofsiant), eləcə də Xaqani Əliyev, Kamilə Xəlilova, Babək İsmayılov, Xumar Haqverdiyeva, Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə Ağayeva, İlkin Həsənli ifa ediblər.

Tragikomik səhnələrin üstünlük təşkil etdiyi birhissəli tamaşada ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar ön plana çıxarılıb.

Xatırladaq ki, "OYUN" İnklüziv Teatrı 2019-ci ildən fəaliyyət göstərir və burada 30-a yaxın həvəskar aktyora müxtəlif istiqamətlərdə səhnə dərsləri, incəsənətin fərqli yönlərində təlimlər keçilir. Beləcə art-terapiya xarakterli proses sonda tamaşa ilə yekunlaşır. Repertuarında hələ ki, 2 tamaşa olan teatr layihəsinin üçüncü səhnə aktı üzərində iş gedir və yeni tamaşa martın sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Fevral 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri