Icma.az
close
up
RU
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? rektordan AÇIQLAMA+ÖZƏL

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? rektordan AÇIQLAMA+ÖZƏL

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə abituriyent Moderator.az saytına müraciət edərək bildirib ki, daxil olduqları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından qeydiyyatdan keçsələr də, akademiyadan onlara təsdiq gəlməyib. Həmin abituriyentlər yaranmış vəziyyətdən çox narahat olduqlarını bildiriblər.

Mövzunu dəqiqləşdirmək üçün Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Natiq Əliyevlə əlaqə saxladıq. Moderator.az-a açıqlama verən rektor bunları bildirdi:

"Biz əksinə maraqlıyıq ki, uşaqlar tez qəbul olsunlar və boş yerlər tutulsun. Bizim məqsədimiz odur ki, istedadlı tələbələr yerləri tutsunlar. Gecikdirməyin mənası nədir ki? Bizim marağımızdadır ki, onlar qeydiyyatdan keçsinlər. Qeydiyyatdan keçməyəndə artıq tələbə adını ala bilmirlər. Əksinə, mən tapşırmışam ki, akademiyadan abituriyentlərin yadına salsınlar ki, gəlib qeydiyyatdan keçsinlər. Biz yer itirmək istəmirik. Başqa bir məlumatım yoxdur. Yəqin ki, texniki səbəblərlə bağlıdır. Bütün abituriyentlərə görə dərs bölgüsü etmişik", - deyə rektor bildirib.

ADRA-nın Tədris şöbəsinin mütəxəssisi Rüstəm Manafov Moderator.az-a açıqlamasında abituriyentlərə təsdiqin getməməsinin əsas səbəbini açıqlayıb:

"Sistem avqustun 29-dan açılıb. 3 iş günü keçib. 188 nəfəri rəsmi olaraq qeydiyyatdan keçirmişəm. Bu pillə-pillə olan bir prosesdir. Sistemin üzərində mən tək işləyirəm. Magistırları qeydiyyatdan keçirmək asan idi, çünki onlar məlumatlı idilər. Bakalavrlarla bağlı böyük problemlər yaranır. Bir də görürsən ki, hərbi bileti, attestatı sistemə yükləmirlər. Mən hamıyla ünsiyyət qururam. Sonra mənə geridönüşlər olur. Bir tələbənin məsələsini həll etməmiş digərinə keçə bilmirəm. Sentyabr ayının 9-na qədər bu işi bitirəcəyik" deyə mütəxəssis bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Sentyabr 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri