Icma.az
close
up
RU
Azərbaycan elm və təhsildə hansı hədəfləri seçib? Açıqlama

Azərbaycan elm və təhsildə hansı hədəfləri seçib? Açıqlama

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülsə də, mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.

Azərbaycan hökuməti elmi-kütləvi və mədəni‑maarif proqramlarının hazırlanmasında hansı prioritet sahələrə üstünlük verir? Azərbaycan və beynəlxalq təcrübələrdən hansı nümunələr sizin üçün model rolunu oynaya bilər? Azərbaycan şagird və tələbələrinin qlobal bilik və bacarıqlara çıxışını təmin etmək üçün hansı addımlar atılır? Gələcəkdə Azərbaycan üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inteqrasiyası necə görünür?

Globalinfo.az-a danışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Kənan Novruzov deyib ki, dünyada ölkələrin öz nüfuzunu gücləndirməsində və beynəlxalq mövqelərini möhkəmləndirməsində elm və təhsil müstəsna rol oynayır:

“Bu baxımdan, sözügedən tendensiya Azərbaycan üçün də istisna deyil. Ölkəmizin elm və təhsil sahəsində dərin və köklü ənənələri mövcuddur. Azərbaycan elminin dünya miqyasında tanınmasında görkəmli alimlərin rolu xüsusi qeyd olunmalıdır. Buna misal olaraq, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi dünyada məşhur olan Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) və onun elm sahəsində əldə etdiyi fundamental nailiyyətləri göstərmək olar. Bundan əlavə, ölkəmizin kimya, biologiya, tarix və digər sahələr üzrə tanınmış alimləri elmin müxtəlif istiqamətlərində mühüm töhfələr veriblər. Bu gün Azərbaycanda həm humanitar, həm də dəqiq və texniki elmlərin paralel şəkildə inkişaf etməsi xüsusi vurğulanmalı məqamlardandır.

Eyni zamanda, müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadr potensialı formalaşdıran ali təhsil müəssisələri fəaliyyət göstərir. Bu baxımdan Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və universal təhsil modelinə malik Bakı Dövlət Universiteti xüsusi qeyd edilməlidir. Universitetlər müəyyən profil üzrə formalaşıblar. Bu universitetlər yalnız tədris fəaliyyəti ilə kifayətlənmir, həmçinin elmi-tədqiqat işləri apararaq elmin inkişafına da töhfə verirlər. Universitet müəllimlərinin həm təhsil, həm də elmi fəaliyyətlə paralel məşğul olması bu prosesin keyfiyyətini artıran əsas amillərdəndir”.

Kənan Novruzov

Kənan Novruzovun fikrincə, orta məktəb səviyyəsində də müsbət və davamlı inkişaf dinamikası müşahidə olunur:

“Azərbaycanda ümumi orta təhsilin ilbəil inkişaf etməsi, beynəlxalq standartlara uyğun kurikulumların tətbiqi və şagirdlər üçün keyfiyyətli təhsil mühitinin yaradılması, təhsilin əlçatanlığının təmin olunması  və sair bu sahədə əsas göstəricilərdəndir. Müəllimlərin sertifikasiya prosesinə cəlb olunması nəticəsində ixtisaslı pedaqoji heyətin formalaşması təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Bununla yanaşı, təhsil sistemində proqramların təsdiqi və yenilənməsi də mühüm rol oynayır. Tədris proqramlarının və elmi-metodik vəsaitlərin hazırlanması, onların müasir tələblərə uyğun təkmilləşdirilməsi davamlı və məqsədyönlü proses kimi həyata keçirilir. Son illərdə bu sahədə dinamik yanaşmanın formalaşması təhsil siyasətinin nəticəyönümlü və davamlı xarakter daşıdığını göstərir.

Elmi-kütləvi, mədəni-maarif proqramlarının hazırlanması, təkminləşdirilməsi kifayət qədər mühüm prosesdir. Ölkəmiz son illərdə bu məsələlərdə dinamik xətt ortaya qoyub. Bu xətt seçilərkən bir tərəfdən beynəlxalq standartlar əsas götürülür, digər tərəfdən isə həmin standartlar Azərbaycan mentalitetinə, kadr potensialına və mövcud şəraitə uyğunlaşdırılır. Təhsil sahəsində ümumilikdə inqilabi addımlar atılır. Bunun başında da təhsil siyasətimizin nəticə yönümlü və davamlı olması dayanır.

Bu gün Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin beynəlxalq və dünya reytinqlərinə daxil olması, o cümlədən yüksək mövqelər tutması ölkədə elm və təhsilin inkişaf səviyyəsinin real göstəricisidir. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan elm və təhsili strateji prioritet kimi müəyyənləşdirərək beynəlxalq rəqabət qabiliyyətini gücləndirir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Mart 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri