Icma.az
close
up
RU
Azərbaycan elmi: real vəziyyət nəyi ifadə edir?

Azərbaycan elmi: real vəziyyət nəyi ifadə edir?

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda elm və təhsil sahəsində uzun illərdən bəri müşahidə olunan əsas problemlərdən biri “ad var, iş yoxdur” prinsipidir. Yəni bəzi şəxslər yalnız “alim” titulunu daşıyır, amma illərlə elmi məqalə çap etmir, real tədqiqat aparmır, beynəlxalq elmi mühitlə əlaqəsini qurmaqda çətinlik çəkir və elmin inkişafına heç bir töhfə vermir. Bu vəziyyət uzun müddət elmi mühitdə səssiz müzakirə olunub, lakin açıq şəkildə dilə gətirilmirdi.

Son günlər Təhsil naziri Emin Əmrullayevin alimlərlə bağlı çıxışı bu məsələyə diqqəti bir daha çəkib. Nazir bildirib ki, elm adı daşıyan bəzi şəxslər məhsuldar fəaliyyət göstərmədən sadəcə titul üzərində dayanır və bu, həm elmin nüfuzuna zərbə vurur, həm də gənc tədqiqatçılarda yanlış təsəvvür yaradır. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu çıxış, elmin real vəziyyəti ilə bağlı ictimaiyyətin məlumatlı olmasına, problemlərin açıq müzakirəsinə yol açıb.

Ekspertlər bildirirlər ki, bu problemin əsas səbəbi elmi ad və dərəcələrin uzun müddət status kimi qəbul edilməsidir. Dissertasiya müdafiə edib illərlə həmin mövzunu yeniləməyən, beynəlxalq jurnallarda çıxışı olmayan və real elmi təsiri olmayan şəxslər hələ də alim kimi təqdim olunur. Bu isə təkcə fərdi məsələ deyil, bütövlükdə elmin nüfuzuna ciddi təsir göstərir və gənc tədqiqatçılara yanlış mesaj verir.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, alim adının qorunması üçün şəffaf, obyektiv və davamlı qiymətləndirmə mexanizmləri tətbiq edilməlidir. Yalnız kağız üzərində titul qazanmaq yox, real elmi fəaliyyət göstərmək önəmli olmalıdır. Elm uğrunda fəaliyyət davamlı oxumaq, yazmaq, beynəlxalq elmi mühitdə iştirak etmək, sual vermək və cavab axtarmaqla ölçülür. Əgər bunlar yoxdursa, sadəcə “alim” adı elmin inkişafı baxımından heç bir əhəmiyyət daşımır.

Beləliklə, bu çıxışlar həm elmin nüfuzunun qorunması, həm gənc alimlərin düzgün yetişdirilməsi, həm də sağlam tənqid və obyektiv qiymətləndirmə mədəniyyətinin formalaşdırılması baxımından vacib bir addım kimi qiymətləndirilir.

“Alim olmaq titul deyil, məsuliyyətdir”

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Xalq Cəbhəsi”nə açıqlaması zamanı deyib ki, bu məsələ uzun illərdir elmi mühitdə səssiz şəkildə müzakirə olunur, lakin indiyədək açıq formada dilə gətirilmirdi. Onun sözlərinə görə, nazirin səsləndirdiyi fikirlər mövcud reallığın etirafıdır.

Əmrah Həsənli qeyd edib ki, təəssüf ki, ölkədə elmdə “ad var, iş yoxdur” problemi kifayət qədər geniş yayılıb: “Özünü alim kimi təqdim edən, amma illərlə nə elmi məqaləsi, nə real tədqiqatı, nə də beynəlxalq elmi mühitlə əlaqəsi olmayan insanlar var. Bu isə təkcə fərdi məsələ deyil, bütövlükdə elmin nüfuzuna ciddi zərbədir.
Əsas problem elmi ad və dərəcələrin uzun müddət status kimi qəbul olunmasıdır.
Bizdə elmi fəaliyyət nəticə üzərində yox, titul üzərində qurulub. Dissertasiya müdafiə edib illərlə həmin mövzunu yeniləməyən, beynəlxalq elmi jurnallarda çıxışı olmayan və real elmi təsiri hiss edilməyən şəxslər hələ də alim kimi təqdim olunur. Bu da gənc tədqiqatçılarda yanlış təsəvvür yaradır.
Bu cür hallar xüsusilə sosial mediada, müxtəlif tədbirlərdə və televiziya çıxışlarında daha qabarıq görünür.Cəmiyyət haqlı olaraq soruşur ki, bu adam nə kəşf edib, nə yazıb, hansı elmi töhfəni verib? Bu suallara cavab olmadıqda isə elm özü zərər görür.
Problemin həlli inzibati qadağalarda deyil, sistemli və şəffaf yanaşmadadır. Alim adının qorunması üçün real meyarlar olmalıdır və bu meyarlar kağız üzərində qalmamalıdır. Elmi dərəcə alan şəxsin fəaliyyəti davamlı qiymətləndirilməlidir. Müəyyən müddət ərzində elmi məhsulu və beynəlxalq elmi dövriyyədə izi olmayan şəxs aktiv alim statusunu itirməlidir. Bu, cəza yox, elmin mahiyyətinə uyğun yanaşmadır. Kim alimdir, kim deyil – bunu ən yaxşı yenə alimlərin özü bilir. Amma illərlə susmaq və bir-birini formal şəkildə təsdiqləmək problemi daha da dərinləşdirib. Sağlam elmi tənqid və obyektiv qiymətləndirmə mədəniyyəti formalaşmalıdır”.

Əmrah Həsənli gənclərə düzgün mesaj verilməsinin vacibliyini qeyd edib: “Alim olmaq titul deyil, məsuliyyətdir. Alim olmaq davamlı oxumaq, yazmaq, beynəlxalq elmi mühitdə var olmaq, sual vermək və cavab axtarmaqdır. Əgər bunlar yoxdursa, adın da mənası yoxdur. Alim adını qorumaq əslində elmin gələcəyini qorumaq deməkdir”.

“Sadəcə titul elmi qorumur”

Təhsil eksperti Elmin Nuri vurğulayıb ki, təhsil naziri Emin Əmrullayevin alimlərlə bağlı dünənki konfransda dediyi sözlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

O qeyd edib ki, özünü elmə fəda edər dərəcədə alimlərimizi demirəm, çox məhsuldar işləyən, beynəlxalq indeksli jurnallarda adı çıxan alimləri də demirəm. Mən lap yerli elmi müstəvidə belə fəaliyyətini davam etdirən alimləri də nəzərdə tutmuram. Burada söhbət elmə aid heç bir şey etməyən, sadəcə alim adını daşıyan şəxslərdən gedir. Bu məsələ ilə bağlı cəmiyyət olaraq yekun fikrə gəlməliyik. Axı nazir bir sözü deyəndə, o sözün həqiqət çaları 100 faizdirsə, niyə müzakirəyə çevrilir? Nazirlikdə olan datalar daha dəqiqdir, hansı institutda, hansı elmi mərkəzdə nə iş görüldüyü datalarla təqdim olunur.

Ekspert bildirib ki, təhsil rəsmisi xüsusilə bu halda statistikaya əsaslanaraq çıxış edir: “Özü özünə durub demir ki, 5 il ərzində heç bir məqaləsi çap olunmayan alim deyil. Ortada belə bir statistika var. Elmə sevgi və fədakarlıq yalnız bununla ölçülməməlidir. Elmi sevən adam maliyyə problemlərinə baxmayaraq, elm uğrunda yazıb-yaratmaq üçün hər şeyi edir”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri