Icma.az
close
up
RU
Azərbaycan “Suriya prosesi”nə qoşulur? “Nə olacaq, nə olmayacaq, müəmmadır” KONKRET

Azərbaycan “Suriya prosesi”nə qoşulur? “Nə olacaq, nə olmayacaq, müəmmadır” KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədovun “Yeni Sabah”-a müsahibəsi:

– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında son telefon danışığında əsas mövzu Suriyada Əsəd rejiminin iflasından sonra yaranmış vəziyyətə olub. İlham Əliyev “bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu” bildirib. Bundan əvvəl Ərdoğan “Suriyada sabitliyin bərqərar edilməsi məsələsinin Türkiyənin məsuliyyət daşıdığını” elan edib.

Ümumiyyətlə, bu sayaq açıqlamalara istinadla Əsəd rejiminin çökməsində Türkiyənin birbaşa və ya dolayı müdaxiləsinə çoxlu vurğu edilir. Xüsusilə, Ərdoğanın uzatdığı barışıq əlini Əsədin sıxmamasını əsas amil kimi qeyd olunur. Bu rəyi bölüşürsünüzmü?

– Düşünürəm ki, bu hadisələr təkcə Ərdoğanın yox, regionda nüfuz qazanmış bir çox başqa siyasi qüvvələrin, o cümlədən, həmin qüvvələrə rəhbərlik edən siyasi şəxslərin də təsiri nəticəsində baş verdi. Şübhəsiz, Suriyada siyasi dialoqun aparılması və islahatlar üçün Ərdoğan dönə-dönə Suriya rəhbərliyinə müraciətlər etmişdi. Hətta bu hadisələrdən öncə Ərdoğanla Bəşər Əsəd arasında bu barədə kontaktlar da oldu. Lakin Bəşər Əsədin liderlik bacarığı və islahatçı potensialının yoxluğundan dialoq nəticə vermədi.

– Yaxın perspektivdə Suriyada hakimiyyət boşluğunun yaranacağı, ölkənin uzunmüddətli hərc-mərclik dövrünə qədəm qoyacağı proqnozu var. Ehtimallardan biri də ölkənin 3 – İsrail, Türkiyə və ABŞ-ın nəzarət zonasına bölünəcəyidir.

– Bu gözləntinin reallığa yaxınlığı göz qabağındadır. Elə indi də görürük ki, Suriya həmin təsir zonalarına bölünmüş haldadır. Lakin digər tərəfdən, beynəlxalq münasibətləri təmin edən sistemdə yaşayırıq. Əgər bu baş verəcəksə, güman ki, bu təkcə Suriyanın yox, beynəlxalq münasibətlərin sabitliyi probleminə çevrilən proses olacaq. Bu proses özü ilə nələri gətirəcək və ümumiyyətlə, nə olacaq, nə olmayacaq, müəmmadır.

Mən o fikirdəyəm ki, Suriyanın bütövlüyü beynəlxalq gündəmdən heç vaxt çıxmayacaq. BMT-yə üzv olan dövlətlərin də məsələdə mövqeyi məhz bu cürdür. Lakin Suriyanın bir dövlət kimi saxlanılması siyasi səhnədə olan qüvvələrin cəsarətindən, ardıcıllığından, bacarığından və dünyanın başqa yerlərində baş verən münaqişələrin də vəziyyətindən asılıdır. Güman edirəm ki, bir çox məsələlər qarşıda gələcək hadisələrdən asılı olacaq. Ən əsası, Suriyanın aqibəti bu ölkəyə  vətənpərvərlik hissi ilə bağlı olan qüvvələrdən asılıdır.

– Prezidentlərin telefon söhbəti zamanı Ərdoğan “bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini” qeyd edib. Bu o deməkdir ki, Azərbaycan da “Suriya prosesi”nə qoşulur?

– Əlbəttə, Türkiyənin Suriya siyasətində Azərbaycanın maraqlarını təmin etmə arzuolunandır.

– Azərbaycan XİN-in bəyanatında “Azərbaycanın Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparıldığı” qeyd olunur. Hazırda sosial şəbəkələrə yerləşdirilən video və fotolarda əsas silahlı müxalifətin (“Heyət Təhrir əl-Şam” – HTŞ) içərisində çoxsayılı qeyri-ərəb döyüşçüləri görürük. Sizcə, HTŞ-nin tərkibində Azərbaycan əsilli döyüşçülərin olması mümkündürmü? Onların varlığı təsdiqləndiyi halda, Azərbaycan dövləti hansı qabaqlayıcı tədbirlər görməlidir?

– Məndə şəxsən belə bir məlumat və yaxud statistika yoxdur. Ancaq bir halda ki, dövlət rəhbərliyində belə bir narahatlıq var, yəqin ki, nəsə var. Əlbəttə, istisna deyil ki, həmin silahlı dəstələrə könüllü qoşulmuş kimlərsə olsun. Belə bir gərgin vəziyyətdə ölkə olaraq Suriyada olan vətəndaşlarımıza kömək etmək, onların yanında olmaq xoşəgələn haldır. Əgər orada yaşayan vətəndaşlarımız bu faciədə əziyyət çəkirsə və onların vətənə qaytarılması mümkündürsə, bunu etmək lazımdır. Lakin sual olunur ki, onların bu hadisələrdə nə qədər iştirakı olub? Hər bir halda bilirik ki, əgər o şəxslərin Suriyada ailələri də varsa, bu, böyük bir humanitar problemdir.

– Hətta sovet vaxtında belə, Yerevan və Tbilisidə Suriya səfirliyi olduğu halda, Bakıda Suriya səfirliyi mövcud olmayıb. 2009-cu ildə Bəşər Əsədin Azərbaycana səfəri və bundan çox-çox əvvəl 1997-ci ildə Suriyaya Azərbaycan səfirinin təyin edilməsinə baxmayaraq. Yəni Suriyanın Azərbaycanda heç bir diplomatik korpusu olmayıb. Bunun səbəbi nədir?

– Sovet dövründə Bakıda ancaq İran və İraqın konsulluqları vardı. Bu sovet xarici siyasətinin bölgüsü idi. İraq Azərbaycan üçün ən yaxın ərəb ölkələrindən biri, bəlkə də ən yaxınıdır. Etnik və dini-məzhəbi yaxınlıq da var.

Suriyanın Azərbaycanda səfirliyinin olmaması məsələsinə gəlincə, səmimi desəm, bu suala cavab verməkdə çətinlik çəkirəm. Hansısa bir fərziyyə demək olar, amma bu mənim özümü qane edən bir izahat olmayacaq. Odur ki, bu sualı açıq qoyaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see335

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see247

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see213

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see167

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see147

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see120

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see115

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri