Icma.az
close
up
RU
Azərbaycan Ermənistan: Etimad quruculuğu mərhələsində

Azərbaycan Ermənistan: Etimad quruculuğu mərhələsində

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan regionda sülhə, sabitliyə, təhlükəsizliyin bərqərar olmasına, əməkdaşlığın, etimadın qurulmasına xidmət edən addımlarını davam etdirir. Bu il 8 avqust tarixində Vaşinqtonda keçirilən üçtərəfli sammit və əldə edilmiş razılaşmaların praktik olaraq həyata keçirilməsi sülh prosesinin irəliləməsinə öz töhfəsini verir. Bu prosesdə etimad quruculuğu tədbirləri də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə son günlərdə tərəflər arasında etimadyönümlü tədbirlər reallaşdırılır. Həm dövlət səviyyəsində addımlar atılır, həm də rəsmi strukturlarının dəstəyi ilə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspertlərinin görüşləri keçirilir.

Bu istiqamətdə ən mühüm addım təbii ki, Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması oldu. Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlar zamanı bu barədə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı rəsmi Bakının Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını təqdir edib: "Azərbaycan mühüm addım atıb. İlham Əliyev bəyan edib ki, Azərbaycan Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən Azərbaycan Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bir neçə ay əvvəl ağlasığmaz görünən baş verir. Ermənistana taxıl Gürcüstan və Azərbaycan vasitəsilə Qazaxıstandan gətirilir".

Paşinyan əlavə edib ki, qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Rəsmi Bakının məhdudiyyətləri aradan qaldırması siyasi etimadın möhkəmlənməsi deməkdir. Oktyabrın 22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi də etimad quruculuğu prosesində vacib addımdır. Bu, eyni zamanda indiyə qədər keçirilən görüşlərdən tamamilə fərqlənir. Birincisi, bu görüş ikitərəfli formatda baş tutub, üçüncü tərəfin hər hansı iştirakçılığı, kənar müdaxiləsi olmadan etimad quruculuğu prosesini həyata keçirilir. Məlumdur ki, əvvəllər Qərb uzun illər bu sahədə təşəbbüsü öz əlində saxlayıb, öz iradəsini diktə edib. İndi isə Qərb institutları kənarda saxlanılmaqla tərəflər özləri bu prosesi aparır. Eyni zamanda, Azərbaycan Hava Yollarına məxsus təyyarə uzun illər sonra Ermənistanın paytaxtına eniş etməsi ilə Bakı ilə İrəvan arasında ilk çarter reysini həyata keçirib. Bu da aparılan ikitərəfli müzakirələrdə simvolik bir addım sayıla bilər. Daha bir məqam isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənir. Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamənin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və perspektivlərinə xüsusi diqqət yetirilib.

Səfər çərçivəsində iştirakçılar, həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüblər. İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq edib.

Vətəndaş cəmiyyəti nümayəndələri ilə başlayan ilk görüş və nəzərdə tutulan uzunmüddətli tədbirlər prsosesinin iki ölkənin birgə sülh şəraitində yaşaması zərurətinə dəlalət edir. Nəzərə alınmalıdır ki, bu, hələ başlanğıcdır və qarşıda hər iki xalqı uzun bir proses gözləyir.

O da vurğulanmalıdır ki, bu gün Ermənistanda revanşistlər sülhə mane olmaq cəhdlərini davam etdirir, bu prosesdə Köçəryan-Sarkisyan başda olmaqla Qarabağ klanı, Rusiyadakı erməni əsilli oliqarxiya, erməni diasporu və kilsə öndə gedir. Ancaq Ermənistan xalqı bu cinayətkarları birdəfəlik boykot etməli, yeni müharibə haqqında deyil, öz gələcəyini, sosial-iqtisadi inkişafını düşünməlidir.

Bu günlərdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşündə də  cəmiyyətlərin yaxınlaşması, sülh şəraitində birgəyaşayış və qarşılıqlı addımlar istiqamətində müzakirələrin aparılıb.

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə deyib ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tərəflər arasında çox vacib bəyannamə qəbul edilib, sülh sazişi paraflanıb: "Orada ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, Minsk qrupunun ləğvi və digər bir sıra məsələlər tərəflər arasında razılaşdırılıb. Yazılı şəkildə razılaşdırılma ilə yanaşı, Vaşinqtonda danışıqlar aparılıb, müəyyən öhdəliklər yazılmasa da, qəbul olunub. Onların arasında etimad məsələsi, Tramp yolu razılaşdırılan bəyanata daxil edilib. İndi bunlarla bağlı iş başlayıb, müəyyən irəliləyişlər var. Ermənistan inkardan nəhayət ki, konkret işə keçib. Yəni söhbət yolun bərpasından və daha sonra istifadəyə verilməsindən gedir. Azərbaycan Ermənistana tranziti açıb. Eyni zamanda, bilirik ki, sülh təkcə rəsmilərin imzası ilə baş vermir. Cəmiyyətlər də bunu qəbul etməlidirlər, buna hazır olmalıdırlar. Biz müşahidə edirik ki, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər təmasdadırlar. Onların bu günlərdə Ermənistanda müzakirələri oldu. Vətəndaş cəmiyyəti, ekspertlər dövlətə aid məsələlərlə bağlı danışıqlar aparmırlar. Sadəcə olaraq ictimaiyyəti də hazırlamaq lazımdır. Barışıq üçün bir çox addımların atılması vacibdir. İctimaiyyəti narahat edən elə məsələlər var ki, onları müzakirə  etmək, mühüti dəyişmək vacibdir və bu baxımdan vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspertlərin, hansısa bir mərhələdə parlament üzvlərinin bu dialoqu aparmaları vacibdir. Düşünürəm ki, əgər bölgədə sülh istəyiriksə, bunlar hamısı ardıcıl olaraq həyata keçirilməlidir".

Deputat deyib ki, bütün bu addımlar, üstəgəl, sərhədlərin delimitasiyası ilə bağlı gedən proses nəhayət ki, bölgəyə sülh gətirəcək: "Ancaq kimlərsə düşünürsə ki, bir sənəd imzalamaqla iş bitir, xeyr, belə deyil, bir çox sahələrdə ardıcıl işlər görülməlidir".

R.Musabəyov Ermənistanda revanşistlərlə bağlı məsələyə də toxunub: "Deyirlər ki, revanşistlər hakimiyyətə gəlsələr, sülh sənədlərini tanımayacaqlar. Buyursunlar, etsinlər. Biri var paraflanmış sənədi kənara qoymaq,  bir də var ki, imzalanmış və qüvvəyə minmiş, təsdiqlənmiş sənədi kənara qoymaq. Yəni o zamana kimi sülh sazişi imzalansa, revanşistlərin qüvvəyə minmiş sülh müqaviləsini rədd etməyə cəsarətləri çatmaz. Əks halda, ABŞ-ın, Avropa İttifaqının sərt reaksiyası ilə qarşılaşarlar. Paşinyan seçkilərdə qalib gəldiyi halda, bu o demək olacaq ki, onun sülh siyasəti əhali tərəfindən dəstəklənir və o, yeni konstitusiya qəbul etmək niyyətindədir. Yeni konstitusiyada bizi narahat edən məsələlər aradan qaldırılacaq".

İrəvanda keçirilən görüşdə iştirak edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə bildirib ki, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspert icmalarının və media nümayəndələrinin görüşü iki ölkə liderləri arasında Vaşinqton sammitində əldə olunmuş razılaşmaların məntiqi davamı oldu: "Vaşinqton görüşündən sonra sülh prosesinin irəliləməsi üçün şərait yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, uzunmüddətli sülhün təməli qoyulur, dövlət səviyyəsində qarşılıqlı fəaliyyət aparılır və vətəndaş cəmiyyəti və media nümayəndələrinin ikitərəfli görüşlərə başlaması üçün indi situasiya yetişib. Biz həmin erməni ekspertlərlə beynəlxalq məkanlarda keçirilən tədbirlərdə iştirak edirik. Amma bu, həqiqətən də ikitərəfli görüş idi. Onun təşkilatçıları və iştirakçıları Azərbaycan və Ermənistanın özləri idi, yəni bu, ikitərəfli görüş idi. Xüsusilə qeyd etmək lazımdır ki, 30 ildə ilk dəfə olaraq "Azərbaycan Hava Yolları"na məxsus təyyarə Zvartnots hava limanına eniş edib. Bu, həm də bu görüşdə simvolik addımdır".

Ekspert ümumi təəssüratlarının müsbət olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri