Icma.az
close
up
RU
Azərbaycan filmi 11 ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq

Azərbaycan filmi 11 ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 29 aprel, AZƏRTAC

Misirdə 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, mayın 2-dək davam edəcək festivalda 37 ölkədən 38 film müsabiqəyə təqdim edilib.

Azərbaycandan rejissor İqor Smolanın “Keçmiş.POV” (POV Memory) filmi festival çərçivəsində nümayiş olunacaq qısametrajlı filmlər siyahısına daxil edilib. Film hərbçinin həyatından bəhs edir. Filmin qəhrəmanı ailə fotolarını qənimətlərini saxladığı qutuda saxlayır. Amma zaman keçdikcə yeni yaddaş imkanlarının yarandığı vurğulanır. Filmin hadisələri dövrün texniki imkanlarına nəzərən 16 mm-lik lent, VHS kasetlərindən tutmuş müasir qacetlər və termal təsvir kameraları ilə verilib.

Filmin ssenari müəllifi, rejissoru və prodüseri İqor Smola, digər prodüserləri Emil Nəcəfov və Şi Şuaidir, operatoru Alisa Tareliçevadır. Filmdə Asiman Ağa Rövşən, Vüsalə Ağayeva, Ayla Ağayeva, Mahir Əsədov, Arzuman Mirzəsoy, Tamerlan Xəlilov və başqaları çəkiliblər.

Festivalın direktoru rejissor Məhəmməd Mahmud qeyd edib ki, beynəlxalq mədəniyyət tədbiri qısametrajlı film mədəniyyətini və ölkələr arasında mədəni mübadiləni təşviq etmək məqsədi güdür.

M.Mahmud əlavə edib ki, festival çərçivəsində bədii irsin rəqəmsallaşdırılması, mədəni irsin qorunub saxlanması problemləri və sənətdə qadınların rolu mövzusunda bir sıra seminarlar təşkil olunacaq. Tədbirlər İsgəndəriyyə Operasında, İsgəndəriyyə Milli Muzeyində, Yunan-Roma Muzeyində, Metro Cinemada və İsgəndəriyyə Kitabxanasında keçiriləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see140

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see133

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see132

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see127

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see127

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see125

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see124

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see120

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see119

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see119

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri