Icma.az
close
up
RU
Azərbaycan geosiyasi proseslərdə mühüm oyunçu olaraq qalacaq Millət vəkilinin yazısı

Azərbaycan geosiyasi proseslərdə mühüm oyunçu olaraq qalacaq Millət vəkilinin yazısı

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

XII Qlobal Bakı Forumu–Azərbaycanın qlobal siyasətdə rolunu və geosiyasi strategiyasını müəyyən edir

Rövşən Muradov,

Milli Məclisin deputatı

Bu gün XII Qlobal Bakı Forumu beynəlxalq gündəliyin əsas mövzularının müzakirə edildiyi aparıcı platformalardan birinə çevrilmişdir. Bu forum Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik sahədə fəallığının inkişaf göstəricisi olmaqla yanaşı, qlobal problemlərin həllində səmərəli əməkdaşlıq üçün vacib bir mərkəz rolunu da oynayır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu platformanın formalaşmasında mühüm rol oynamışdır. Belə ki, ölkəmizin paytaxtı Bakı şəhəri COP29 tədbirlərində aktiv iştirak edərək enerji və iqlim dəyişiklikləri sahəsində önəmli müzakirələrə ev sahibliyi etmişdir. Bu hal özlüyündə Azərbaycanın COP29-a ev sahibliyi etməsini, ölkənin enerji siyasətinə məsuliyyətli yanaşmasını, yaşıl keçid prosesinə verdiyi töhfəni və beynəlxalq etimadı əks etdirir.

Azərbaycan faydalı qazıntılarla zəngin ölkə olmasına baxmayaraq, bərpa olunan enerji mənbərinin inkişafını prioritet sahə kimi seçmişdir. 2030-cu ilə qədər ölkədə 6,5 giqavatlıq yeni bərpa olunan enerji güclərinin yaradılması planlaşdırılır ki, bu da ümumi enerji istehsalının təxminən iki dəfə artırılması deməkdir. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır və hazırda 12 Avropa ölkəsinə təbii qaz ixrac edərək, onların enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, Qara dənizin dibi ilə yeni enerji kabelinin çəkilməsi layihəsi Azərbaycanın Avropaya yaşıl enerji ixracına geniş imkanlar açacaqdır.

Azərbaycanın geosiyasi mövqeyi son illərdə daha çox əhəmiyyət qazanmışdır. Tranzit potensialının artması və ölkə üzərindən yük daşımalarının intensivləşməsi, Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsini sürətləndirir. Azərbaycan təkcə, enerji sahəsində deyil, beynəlxalq humanitar yardım və qlobal təşəbbüslərdə də fəal iştirak edir. COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi, həmçinin Qoşulmama Hərəkatında dördillik sədrlik dövründə fəal rol oynaması, ölkənin beynəlxalq arenadakı nüfuzunu daha da gücləndirmişdir.

COP29 konfransında Azərbaycanın uğurları, xüsusilə də Paris Sazişinin 6-cı maddəsi üzrə konsensusun əldə edilməsi və bərpa olunan enerji maliyyələşməsinin 100 milyard dollardan 300 milyard dollara qədər artırılması, Bakı sammitinin tarixi nailiyyətləri sırasındadır. Bu tədbirin nəticələri “Bakı sıçrayışı” kimi qiymətləndirilməklə, qlobal iqlim gündəliyində yeni bir səhifə açmışdır. Lakin, bu uğurlara baxmayaraq, Azərbaycan bəzi Qərb mediası və siyasi dairələrin təzyiq və qarayaxma kampaniyaları ilə üzləşmişdir. ABŞ Dövlət Departamenti və Fransa hökumətinə yaxın media orqanlarının yaydığı dezinformasiyalar, Azərbaycanın beynəlxalq nüfuzunu zədələmək məqsədi güdürdü. Bəzi beynəlxalq dairələr Azərbaycanın neft və qaz hasil edən ölkə olmasını bəhanə edərək, onu tənqid etməsi, ikili standartların olmasının bariz nümunəsidir. Halbuki, Azərbaycanın karbon emissiyalarındakı payı cəmi 0,1 faizdir, lakin dünya üzrə böyük çirkləndirici ölkələr bu reallığı görməzdən gəlirlər.

Azərbaycanın Ermənistanla münasibətləri, Cənubi Qafqazda sülh təşəbbüsləri Prezident İlham Əliyevin çıxışının əsas mövzularından biri olmuşdur. Azərbaycan sülh müqaviləsi təşəbbüskarı kimi çıxış edir. Bu xüsusda artıq əsas bəndlər razılaşdırılmışdır. Lakin, Ermənistanın keçmişdə törətdiyi müharibə cinayətləri, Xocalı soyqırımı və Azərbaycan şəhərlərinin tamamilə dağıdılması ölkəmizin heç vaxt unuda bilməyəcəyi tarixi reallıqdır. Sülhün əldə olunması üçün əsas şərtlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır, çünki hazırda bu iddialar hələ də mövcuddur və sülh prosesini əngəlləyən əsas maneələrdən biridir. Lakin, buna baxmayaraq, Ermənistanın Fransa və digər Qərb ölkələrinin dəstəyi ilə yenidən silahlandırılması, bölgədə yeni münaqişə risklərini artırır. Fransa tərəfindən Errnənistana “Sezar” haubitsalarının göndərilməsi və Avropa İttifaqının Ermənistanı hərbi texnika və sursatla ilə təchiz etməsi, ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır. ATƏT-in Minsk Qrupunun fəaliyyəti artıq mənasızdır, çünki Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, lakin, bəzi Qərb dairələri bu mövzunu süni şəkildə gündəmdə saxlayaraq bölgədə siyasi manipulyasiyalar aparmağa çalışır.

Prezident İlham Əliyev çıxışında ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə də toxunmuşdur. Antoni Blinkenin Azərbaycanla bağlı siyasəti, son 30 ildə qurulmuş ikitərəfli münasibətlərə çox ciddi zərbələr vurmuşdur. Azərbaycan hər zaman ABŞ-ın etibarlı tərəfdaşı olmuş, İraq və Əfqanıstan missiyalarında iştirak etmiş, lakin buna baxmayaraq, Vaşinqtonun ölkəmizə qarşı rəsmi mövqeyi dəyişmiş və Bakıya müxtəlif sanksiyalar tətbiq edilmişdir. Prezident Trampın seçki kampaniyasındakı bəzi çağırışlarına istinad edərək, Azərbaycanda yeni administrasiya ilə münasibətlərin normallaşdırılmasına ümid edildiyi bildirilmişdir.

Azərbaycanın xarici siyasəti milli maraqlar üzərində qurulmuşdur və ölkə heç bir xarici gücün diktəsi ilə hərəkət etməyəcəyini açıq şəkildə bəyan etmişdir. Prezident İlham Əliyev güclü hərbi potensialın əhəmiyyətini vurğulayaraq, ölkənin müdafiə qabiliyyətini artırmağa davam edəcəyini bildirmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, yalnız milli iradənin deyil, eyni zamanda beynəlxalq ədalətin bərpası anlamına gəlir. Cənubi Qafqazda sülh və sabitliyin əsas təminatçısı olan Azərbaycan, həm diplomatik, həm də hərbi gücü ilə öz mövqeyini qoruyacaqdır.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı, Azərbaycanın qlobal siyasətdəki rolunu, enerji siyasətini, regional təhlükəsizlik məsələlərini və beynəlxalq arenada üzləşdiyi çağırışları əhatə edən strateji baxış idi. Azərbaycan təkcə, enerji sahəsində deyil, həm də geosiyasi proseslərdə mühüm oyunçu olaraq qalmaqdadır. Sülh və təhlükəsizlik üçün ölkə həm diplomatiyanı, həm də güclü hərbi potensialını istifadə edir. Prezidentin vurğuladığı kimi, Azərbaycan öz milli maraqlarından geri çəkilmyəcək və bölgədə sabitliyin əsas təminatçısı olaraq qalacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri