Icma.az
close
up
RU
Azərbaycan gimnastı: Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim

Azərbaycan gimnastı: Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim

Icma.az, Report.az saytına istinadən bildirir.

Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim.

Bunu "Report"a açıqlamasında Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” beynəlxalq yarışında qələbə qazanması ilə bağlı danışarkən deyib.

İdmançı yarışdan əvvəl və sonra ona dəstək olan hər kəsə təşəkkür edib:

“Boxen Arena”da 10000 tamaşaçı canlı şəkildə bizi izləyirdi. Mən finala Norveçdə baş tutan təsnifat mərhələsində vəsiqə qazanmışdım. Təsnifat mərhələsindən 2 və 5 qızıl medal ilə finala vəsiqə əldə edənlər var idi. Artıq 3-cü ilim idi ki, “FaceOFF” tədbirində böyük kütlə qarşısında çıxış edirdim. Bu il ilk dəfə özümü qələbə üçün bu qədər hazır hiss edirdim. Çıxış geyimində bir nömrəli iştirakçı olduğum üçün startı mən verdim. İlk qaçışımda bundan əvvəl heç bir yarışlarda təkrar olunmamış bir keçidə imza atdım və münsiflərdən tam 10 xal aldım. Bu həm digər iştirakçılar üçün psixoloji təzyiq, həm də mənim üçün motivasiya oldu. Anı düzgün dəyərləndirib ən yaxşı olduğum çıxışda (gimnastika döşəyində) maksimum 20 xaldan 19,4 xal topladım və ilk pillədə qərarlaşdım".

O, ikinci çıxış zamanı risk etdiyini vurğulayıb:

"İkinci çıxışdan öncə ən yaxın rəqiblə xal fərqimiz 4-ə bərabər idi. İkinci çıxışda çox yaxşı olmadığım mini tramp (trampet) idi və bu çıxışda özümü bacardığım qədər balansda saxlamağa çalışırdım. Bildiyiniz kimi, 3 hərəkətdən sonra ən yüksək 2 xal hesablanır. Bir az risk edərək bu çıxışda 2-ci yerdə qərarlaşdım. Ümumi lövhədə hələ də ilk pillədə yer alırdım. 3-cü çıxışım istədiyim kimi alınmasa da, sıralamanın ortasında qərarlaşdım və hələ də ümumi hesabda ilk pillədə idim".

T.Əliyev finaldan əvvəl rəqiblərin xal fərqini minumuma endirdiklərini söyləyib:

"Buna baxmayaraq, mənə maksimum 20 xaldan 16 xal kifayət edirdi. Final çıxışında 10 dəqiqəmiz var idi və 10 dəqiqə 4 qaçışa bərabər idi. Qalib olmağıma 2 orta element yetərli idi. İlk iki qaçışım uğursuz oldu. 3-cü cəhddə qismən xalımı yüksəltməyi bacardım (7,6 xal). Final elementi həyatımda bundan əvvəl etmədiyim üçlü salto və üçlü priuet idi. İngilis idmançıya bu elementə görə 10 xal verildiyini gördüm və mən də etməyə qərar verdim. Cəhd etdim, alındı və çempion oldum. Qalibiyyət mükəmməl hissdir, özəlliklə bu şəkildə qazanıldıqda".

İdmançı onu dəstəkləyənlərə təşəkkür edib:

"Başda Azərbaycan Gimnastika Federasiyası olmaqla, mənə inanan hamıya təşəkkür edirəm. Qarşıda bizi 2025-ci ilin sonunda keçiriləcək dünya çempionatı gözləyir. Əlimizdən gələni edəcəyik ki, titulumuzu qoruyaq. Bununla yanaşı, fərdi yarışlarda da fərqlənməyə çalışacağıq. Komandadan 2 nəfərin kürsüyə çıxmasını istəyirik".

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri