Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi: Gəncədə təşkil edilən Avropa çempionatına maraq böyükdür
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə, 10 noyabr, Cavid Əliyev, AZƏRTAC
Aerobika üzrə Avropa çempionatının Gəncə şəhərində keçirilməsi sevindirici məqamdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Sara Şükürova Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatı barədə danışarkən deyib.
Sara Şükürova turnirə marağın yüksək səviyyədə olduğunu bildirib: “İyirmi ölkədən 380 gimnast medallar uğrunda mübarizə aparır. Onların valideynləri, məşqçilər korpusu bugünkü finalı səbirsizliklə gözləyirlər. Sabah gənclər və 15 yaşadək gimnastlar arasında yarışlara yekun vurulacaq. Noyabrın 14-16-da isə Gəncə İdman Sarayında böyüklər arasında Avropa çempionatı baş tutacaq”.
Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 10 Noyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















