Azərbaycan güləşində yeni regional sistem: 14 nümayəndəlik yaradıldı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan Güləş Federasiyasında (AGF) regional güləş koordinatorları ilə görüş keçirilib. Ölkənin coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq 14 regional nümayəndəlik formalaşdırılıb.
İdman.Biz xəbər verir ki, ikigünlük tədbirdə koordinatorların vəzifələri, fəaliyyət planları, bölgələrdə güləşin inkişaf strategiyası və mövcud çətinliklər müzakirə edilib.
Görüşün ilk günündə iştirakçılara AGF-nin strukturu və strategiyası barədə məlumat verilib. Regional inkişaf istiqamətləri üzrə qrup işləri təşkil olunub, prioritetlər müəyyənləşdirilib və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planları nəzərdən keçirilib.
İkinci gün vahid təqvim planı, yarışların təşkili, onlayn məlumat bazası, sənədləşmə qaydaları və hesabatlılıq mexanizmləri ilə bağlı təqdimatlar keçirilib.
Proqram çərçivəsində koordinatorlar üçnəfərlik komandalara bölünərək verilən tapşırıqlar əsasında təqdimatlar hazırlayıblar. Ən yaxşı təqdimatla fərqlənən komanda xüsusi hədiyyə ilə mükafatlandırılıb.
İştirakçılar üçün komandaqurucu oyunlar da təşkil olunub. Bu fəaliyyətlər koordinatorlar arasında ünsiyyətin və əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Tədbirin əsas məqsədi regionlarda güləşin inkişafını sürətləndirmək, fəaliyyətin koordinasiyasını gücləndirmək və idarəetmədə vahid yanaşmanı təmin etmək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 Oktyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















