Icma.az
close
up
RU
Azərbaycan hökumətindəki kadr islahatları Nazirlər niyə dəyişdirilir?

Azərbaycan hökumətindəki kadr islahatları Nazirlər niyə dəyişdirilir?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2025-ci ilin ilk həftəsindən etibarən Azərbaycan hökumətində bir sıra dəyişikliklər baş verib. Belə ki, 19 il maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov Baş nazirin müavini təyin edilib. Prezident İlham Əliyev bu barədə müvafiq sərəncamdan təxminən bir ay sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi vəzifəsindən azad edərək maliyyə naziri təyin edib. Bu gün imzalanan sərəncamla isə Sahil Babayevi onun müavini Anar Əliyev əvəzləyib.

Həmçinin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də hökumətdəki vəzifəsini itirib. O, müvafiq sərəncamla Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Qeyd edək ki, Azərbaycanda ötən il keçirilən prezident seçkilərindən sonra - fevralın 16-da Azərbaycan hökumətinin yeni tərkibi təsdiqlənmişdi. Həmin sərəncamdan bir il vaxt keçməmiş hökumətdəki kadr dəyişiklikləri maraq doğurub.

Mətbutda kadr dəyişiklikləri ilə yanaşı struktur dəyişikliklərinin də gözlənildiyi barədə xəbərlər yayılıb. Bəzi nazirliklərin, komitə və xidmətlərin birləşdiriləcəyi iddia edilir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hər üç şəxs - Samir Şərifov, Sahil Babayev, Anar Əliyev uzun müddət çalışıb və layiqli kadrlardır:

“Bu təyinatlar cənab Prezidentin səlahiyyətindədir. Biz bunu nə şərh edə, nə müzakirə edə bilərik ki, nəyə görə cənab Prezident bu qərarları qəbul edib. Hər üç naziri - Samir Şərifovu da, Sahil Babayevi də, bu gün yeni nazir təyin edilən Anar Əliyevi də çox yaxşı tanıyıram. Uzun müddət də bir yerdə işləmişik. Onların hər üçü dövlətçi adamlardır, öz işlərinin peşəkarıdırlar. Öhdələrinə düşən vəzifələri çox ləyaqətlə  yerinə yetiriblər. Biz həm Sahil Babayevlə, həm də Anar Əliyevlə 6 il işgüzar və faydalı şəkildə əməkdaşlıq edirik. O əməkdaşlığın nəticələri də müsbət oldu”.

Komitə sədri bundan sonra da hər iki nazirin, həmçinin Samir Şərifovun Baş nazirin müavini kimi öz vəzifələrini layiqi ilə yerinə yetirəcəyinə inandığını deyib: “Bunların hər üçü layiqli kadrlardır. Azərbaycan dövlətinə və hökumətinə uğurla xidmət etmiş və yaxşı nətiəcələri olan şəxslərdir, dövlət adamlarıdır”.

Milli Məclisin deputatı Razi Nurullayev ard-arda baş verən kadr dəyişikliyini normal hesab edir:

“Hökumətdə hər zaman yeni insanlar gəlir. Bəzi insanlar vəzifəsini dəyişir, yaxud gedir. Bu,təbii prosesdir. Prezidentin səlahiyyətinə daxil olan məsələdir. Yəqin rəhbərin özünün düşüncələri, fikirləri var. Buna görə də, belə dəyişikliklər olur. Nəyin dəyişəcəyini görmək üçün gərək bir neçə ay izləyək. Bu saat  nəyin dəyişib-dəyişməyəcəyini açığı deyə bilmərəm. Hər halda daha yaxşısına ümid edirik. Ümid edirəm ki, ən azından daha yaxşı olacaq”.

R.Nurrulayev yeni təyin olunan nazir Anar Əliyevi tanıdığını, yaxşı münasibətlərinin olduğunu, onu yaxşı insan kimi tanıdığını vurğulayıb:

“Ümid edirəm ki, insanların yaddaşında yaxşı, gözəl nazir kimi qalacaq. Mən Sahil  Babayevə də yeni işində maliyyə naziri vəzifəsində uğurlar arzulayıram. O, maliyyə məsələlərinin tənzimlənməsində daha sərt nazir kimi tanınıb. Hər bir məsələdə qənaət olunması, maliyyə vəsaitlərinin daha yaxşı xərclənməsimi deyim, müəyyən uğurları var.  Bəlkə də, elə buna görə maliyyə naziri təyin olunub. Samir Şərifov təbii ki, uzun müddət maliyyə naziri işləyib. Xeyli təcrübəli şəxsdir. Onun da Nazirlə Kabinetində bir çox məsələlərdə müəyyən bir müsbət dəyişikliklər yaradacağına inanıram. Hər zaman  müsbətə köklənməliyik. Mən də yeni təyinatlar haqda müsbət düşünürəm. Ümid edək  ki, onların bu təyinatından xalqımız, millətimiz, dövlətimiz udacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri