Icma.az
close
up
RU
Azərbaycan ilə Çinin strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir Ekspert rəyi

Azərbaycan ilə Çinin strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir Ekspert rəyi

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanat və sənədlərin imzalanması mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Məlum olduğu kimi, ötən il Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanat imzalanıb. Lakin sonuncu sənədə diqqət yetirdikdə, artıq iki ölkə arasında münasibətlərin qısa müddət ərzində daha da dərinləşdiyinin şahidi oluruq. Ötənilki strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanatdan fərqli olaraq, bu il aprelin 23-ü imzalanan sənəddə bir sıra məqamlar diqqət çəkir. Belə ki, ötən il imzalanan bəyanatda Azərbaycan ilə Çin ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, sonuncu sənəddə isə suverenliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək ifadə edib. Fikrimcə, bu, Birgə Bəyanatda ən vacib məqamlardan biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov söyləyib.

Ekspert qeyd edib ki, bəyanatda diqqətçəkən digər məqam Azərbaycan və Çinin partiyalararası, yəni Çin Kommunist Partiyası ilə Azərbaycanın hakim partiyası arasındakı əlaqələrlə bağlıdır. Belə ki, ötən il tərəflər mübadilə və əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə ediblər. İndi isə hakim partiyalar arasında siyasi dialoqun təkmilləşdirilməsinə dəstək ifadə olunub. Bu da siyasi baxımdan vacib məsələdir.

“Digər vacib məqam ondan ibarətdir ki, ötən il imzalanan sənəddə iki ölkə arasında beynəlxalq və regional təşkilatlarda mübadilə və əməkdaşlığın dərinləşdirilməsinə toxunulub. Bu dəfə isə Azərbaycan və Çin arasında beynəlxalq və regional təşkilatlarda fəaliyyətlərin əlaqələndirilməsi, eyni zamanda, qanunverici orqanlar vasitəsilə təmasların və mübadilələrin artırılmasına diqqət yetirilir. Bu da dolayısı ilə iki ölkə arasında xarici siyasətdə qarşılıqlı maraq doğuran məsələlərdə müəyyən fəaliyyətlərin uzlaşdırılacağının şahidi olacağımızı deməyə əsas verir. Bundan əlavə, ötən il imzalanan sənəddə terrorizm, separatizm və ekstremizmə qarşı birgə mübarizə məqsədilə ümumi səylərin birləşdirilməsi məsələsinə toxunulub. Bu dəfə isə münasibətlər daha da dərinləşdirilib, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə hər iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələrin gücləndirilməsi zəruri hesab olunub. Bu da diqqətə alınması vacib olan amillərdəndir”, - deyə Nağı Əhmədov bildirib.

Ekspertin fikrincə, imzalanan sənəddə iki ölkənin inkişaf strategiyaları və gələcəyə baxışlarının da müəyyən mənada əlaqələndirildiyinin şahidi oluruq: “Sənədə diqqət yetirdikdə görürük ki, iki ölkə arasında ticarət, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əlaqələrin inkişafına xüsusi maraq var. Digər bir məqam isə Çin və Azərbaycan xalqları arasında, dil və təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlıdır. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, Fəxri Konsulluqlarda ümumvətəndaş pasportuna malik şəxslərin vizadan azad edilməsi Çin və Azərbaycan arasında yalnız iqtisadi-ticari deyil, mədəniyyət, turizm və xalq diplomatiyası sahələrində də əlaqələrin inkişafına töhfə verəcək”.

Nağı Əhmədov vurğulayıb ki, hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanatın imzalanmasından sonra Azərbaycan və Çin arasında əlaqələr bütün sahələrdə daha da inkişaf edəcək. Burada iki istiqaməti xüsusilə qeyd etmək lazımdır. “Birincisi, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq daha da inkişaf edəcək. Bəyanatda da qeyd olunduğu kimi, Azərbaycan və Çin arasında investisiya əməkdaşlığı üzrə İşçi qrup yaradılacaq. Bu, iki ölkə arasında investisiyanın təşviqi sahəsində vacib rol oynayacaq. Bundan başqa, iki ölkə arasında ticarətin inkişafı və investisiyanın artırılması ilə bağlı azad ticarət sazişinin imzalanmasına dair tezliklə danışıqlara başlamaq niyyətini qeyd etmək lazımdır. Hesab edirəm ki, bu, gələcəkdə Azərbaycan və Çin arasında ticarətin liberallaşdırılmasına və inkişafına töhfə verəcək. Digər istiqamət dedikdə, fikrimcə, nəqliyyat məsələlərində, xüsusilə beynəlxalq tranzit yükdaşımalarında Azərbaycan və Çin arasında inkişaf müşahidə olunacaq. Hesab edirəm ki, iki ölkə arasında beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın inkişafına töhfə verəcək”, - deyə ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri