Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib FƏRMAN
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Saziş 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Əlcəzairin dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attafın görüşü zamanı imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















