Azərbaycan Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası keçiriləcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
SOCAR Xorvatiyanın xam neft təchizatında çox mühüm rol oynayır.
APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Xorvatiya və Azərbaycanın davamlı artan ümumi ticarət mübadiləsindən razı qalmağa əsasları var: “Bu gün biz hökumətlərimiz arasında İqtisadi Əməkdaşlığın Həyata keçirilməsi və Təşviqi üzrə Birgə Komissiyanın indiyədək keçirilən üç iclasını da xatırladıq. Növbəti görüşün gələn il Zaqrebdə keçirilməsi planlaşdırılır. Biz məmnunuq ki, Xorvatiya və Azərbaycan arasında ticarət mübadiləsinin daha da şaxələndirilməsi və qarşılıqlı sərmayələrin artırılması istiqamətində son iki il ərzində qəti addımlar atılıb. Bunlara Bakıda və Zaqrebdə keçirilən biznes və investisiya forumlarını misal gətirmək olar. Vurğulamaq istəyirəm ki, Xorvatiya və Azərbaycan iki tərəfdaş və dost kimi bütün səviyyələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün davamlı olaraq yeni yollar axtarmalıdırlar. Mən Milli Məclisin sədri Sahibə Qafarovanı Xorvatiyaya səfərə dəvət etmişəm”, - Qordan Yandrokoviç qeyd edib.
Xorvatiya parlamentinin sədri əlavə edib ki, bu gün Baş nazir Əli Əsədovla ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 08 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















