Icma.az
close
up
RU
Azərbaycanla Özbəkistanı birləşdirən bağlar sınanmış, qədim, etibarlı köklərə malikdir

Azərbaycanla Özbəkistanı birləşdirən bağlar sınanmış, qədim, etibarlı köklərə malikdir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanla Özbəkistanı qədim tarixi-mədəni və siyasi əlaqələr birləşdirir.Ulu Öndər Heydər Əliyevin Özbəkistanla Azərbaycan arasındakı münasibətlərin qurulmasında misilsiz xidmətləri olub. Ümummilli Liderin 1996 və 1997-ci ildə Özbəkistana səfəri zamanı iki ölkə arasında bir çox mühüm müqavilə imzalanıb.

2022 və 2004-cü illərdə isə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişaf etməsi baxımından imzalanan sazişlər yeniləndi. Bu sazişlər 2022-ci ildə bir qədər də artırıldı və daha çox sahəni əhatə etməyə başladı. Xüsusilə, 2024-cü ilin avqust ayında imzalanmış sazişlərlə bir çox sahələrdə müttəfiqliyə yollar açıldı.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda olması, paytaxtda Özbəkistanın səfirliyinin yeni binasının açılması və Özbəkistan parkının salınması həqiqətən də iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi baxımından çox uğurlu işlərdir. Bu gün Azərbaycanla Özbəkistan Turan ideyasının və Türk dünyasının çox güclü resursunu təşkil edir. İki ölkə arasında ortaq dəyərlər, dil və din birliyinin olması olduqca əhəmiyyətlidir. Ona görə də tərəflər bütün türk dünyasının quruculuğunun təməlində dayanan dövlətlər sırasındadırlar.
Azərbaycanla Özbəkistan arasındakı əlaqələr günbəgün inkişafdadır. Şübhəsiz ki, iki qardaş ölkə arasındakı münasibətlərdə hər sahədə yüksəliş tempi var. Üstəlik, bu əməkdaşlıq digər türk dövlətlərinə də birlik baxımından çox uğurlu bir töhfə verəcək.
İki ölkə arasındakı münasibətlər çox böyük perspektiv vəd edir. Azərbaycanla Özbəkistan təkcə dost yox, həm də qardaş ölkədir. Bizim böyük müttəfiqlik əlaqəmiz var. Hesab edirəm ki, biz bütün sahələrdəki uğurun bəhrələrini bundan sonra da görəcəyik.
Bir məqamı da qeyd edim. Mənim deputat kimi təmsil olunduğum Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd şəhəri arasında əməkdaşlıq genişləndirilir. Artıq bununla bağlı müqavilələr imzalanıb. Hesab edirəm ki, Daşkəndin özü də sənaye mərkəzi olaraq böyük perspektivlər vəd edir. Məhz bu iki şəhər arasında müqavilələrin imzalanması şəhərlərin doğmalaşması və qardaşlaşması baxımından da çox uğurludur.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri