Icma.az
close
up
RU
Azərbaycan ilə Şimal və Baltik dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Şimal və Baltik dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev regiona səfərləri çərçivəsində Şimal və Baltik dövlətləri (İsveç, Finlandiya, Norveç, Danimarka, Estoniya, Latviya və Litva) xarici işlər nazirliklərinin siyasi direktorlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Şimal və Baltik dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanaraq müxtəlif istiqamətlər, o cümlədən enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, kommunikasiyalar, rəqəmsal inkişaf, kiber təhlükəsizlik sahələri üzrə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın geostrateji mövqeyi, çoxtərəfli platformalar çərçivəsində oynadığı fəal rol, eləcə də daha geniş regionda sülhün bərqərar olması üçün göstərdiyi praktiki səylər və bütün bunların Azərbaycanla Avropa İttifaqı, o cümlədən Şimal və Baltik dövlətləri arasındakı əməkdaşlıq gündəliyinin daha da zənginləşməsinə verə biləcəyi töhfə vurğulanıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi, eləcə də qlobal iqlim fəaliyyəti üzrə danışıqlara sədrliyi və əldə olunan tarixi nəticələr yüksək qiymətləndirilib.

Nazir müavini Y.Rəfiyev görüş zamanı həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, post-münaqişə dövründə bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, eləcə də həmin ərazilərdə mina təhdidləri ilə mübarizə barədə məlumat verib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri