Icma.az
close
up
RU
Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əlaqələr genişlənir

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əlaqələr genişlənir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti nazirliklə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclasında iştirak etmək üçün Ankarada səfərdədir.

Əmək və Əhalinin Sosial Müdiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad edib.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbir də ziyarət edilərək önünə əklil qoyulub. Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub və nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Səfər çərçivəsində A. Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri və fəal siyasi dialoq nəticəsində iki ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatdığı vurğulanıb.

Əmək və sosial müdafiə sahəsində də əlaqələrin daim gücləndirildiyi, təcrübə və məlumat mübadilələrinin əhəmiyyəti qeyd edilib. Hər iki ölkədə aparılan uğurlu sosial islahatlardan bəhs olunub. İki nazirliyin Birgə Daimi Komissiyasının əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün məqsədyönlü işlər apardığı bildirilib.

Komissiyanın növbəti iclasının bu istiqamətdə əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub, sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri