Icma.az
close
up
RU
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib

Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 25 noyabr tarixli plenar iclasında çıxış edib.
Newscenter.az həmin çıxışı təqdim edir:
Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Bildiyiniz kimi, iki gün öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatdı. Hesab edirəm ki, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq. Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünya miqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə, Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı.
Hörmətli həmkarlar!
COP29 çərçivəsində noyabrın 16-da və 17-də Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildi. Tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak edirdi.
Görüşün açılışında etdiyim çıxışda mən bir tezisi xüsusilə vurğuladım. Bildirdim ki, Azərbaycan hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyəti, yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib.
Ölkəmiz könüllü öhdəliklər götürərək, bərpa olunan enerji layihələri həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.
Və həmçinin qeyd etdim ki, bilik, təcrübə və qabaqcıl praktika mübadiləsi sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməliyik.
Onu da deyim ki, Parlament Görüşü çərçivəsində yeddi sessiya keçirilmişdir.
Hörmətli həmkarlar!
Qeyd edim ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalandı.
COP29-da və Parlament Görüşündə iştirak etmək üçün Bakıya gəlmiş beynəlxalq parlament təşkilatlarının, bir sıra parlamentlərin sədrləri ilə Milli Məclisdə 15 ikitərəfli görüş keçirildi. Onlardan Parlamentlərarası İttifaqın prezidenti və Baş katibi, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Aralıq dənizi Parlament Assambleyasının prezidenti, Millətlər Birliyinin Baş katibi Baronessa Skotland, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri xanım Tereza Mey, Albaniya, Özbəkistan, Tacikistan, Tonqa, Zimbabve parlamentlərinin sədrləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri, digər ali vəzifəli şəxslər ilə söhbətlərdə COP29-un və Parlament Görüşünün uğurlu təşkili, bu tədbirlərdə müzakirələr ilə bağlı fikir mübadiləsi aparıldı.
Həmsöhbətlərimə regionda vəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən işlər, o cümlədən həyata keçirilən yaşıl enerji layihələri barədə geniş məlumat verdim.
Qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirildi.
Hörmətli deputatlar!
Mən sizə Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin noyabrın 20-dən 22-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə də qısa məlumat vermək istərdim. Qeyd edim ki, səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının Şura və 57-ci Plenar iclaslarında iştirak etmək idi.
Noyabrın 21-də Assambleyanın Şura iclasında bir sıra təşkilati məsələlər ilə yanaşı, sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə edən MDB Parlamentlərarası Assambleyası missiyasının yekun rəyi də müzakirə edildi. Mən öz çıxışımda bu ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra Milli Məclisə seçkilərin ölkəmizin bütün suveren ərazisində keçirilən ilk parlament seçkiləri olduğunu xüsusilə qeyd etdim.
Hörmətli həmkarlar!
Noyabrın 22-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclası keçirildi. İclasda etdiyim çıxışda mən Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında, eləcə də Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilmiş Parlament Görüşü barədə geniş məlumat verdim.
Bildirdim ki, iki gün davam edən görüş və onun yekun sənədi iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin ümumi mövqeyinin ifadəsi idi.
Onu da qeyd edim ki, MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Assambleyanın komissiyalarının iclasları keçirildi. Həmin iclaslarda bizim deputatlarımız fəal iştirak etdilər.
Hörmətli həmkarlar!
Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə ikitərəfli görüşlər də keçirildi. Nümayəndə heyətinin hər bir üzvünə mən öz minnətdarlığımı bildirirəm.
Hörmətli deputatlar!
Mənim demək istədiklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.
Hörmətli xanımlar və cənablar!
Xatırladım ki, bu gün ölkəmizdə Kəlbəcər şəhəri günü qeyd edilir. Bu münasibətlə sizin hamınızı təbrik edirəm.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri