Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək Yeni Çağ Media
Icma.az bildirir, Yenicag portalına istinadən.
2025-ci ildə 2-ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İnstitutundan bildirilib.
Qeyd olunub ki, 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir.
Bildirilib ki, IELS tədqiqatı 5 yaşlı uşaqların bacarıqlarının, erkən təhsil təcrübələrinin, ev mühitinin və fərdi xüsusiyyətlərinin onların öyrənmə və inkişafına necə təsir etdiyini araşdırır.
Ölkədə 2025-ci ilin yanvar-mart aylarında IELS-in əsas mərhələsinin həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə ölkənin 211 təhsil müəssisəsindən təxminən 3 000 uşağın iştirak edəcəyi gözlənilir.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 02 Dekabr 2024 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















