Icma.az
close
up
RU
Azərbaycan Suriyaya səfir təyin edəcək? Yeni Çağ Media

Azərbaycan Suriyaya səfir təyin edəcək? Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd hakimiyyəti devrildi. “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı müxalifət 12 gün ərzində paytaxt Dəməşqə çatdı. Qruplaşmanın Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsəd ailəsilə birgə ölkədən qaçıb və Rusiyaya sığınıb.

Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd hakimiyyətini devirən “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Əl-Cəlalinin nəzarəti altında qalacaq.

Qeyd edək ki, Suriyadakı hadisələrə Azərbaycanda da fərqli reaksiyalar verilib.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. İki arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Ötən il Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdad Azərbaycanda səfərdə olub.

Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib.

Yeri gəlmişkən, Milli Məclisdə də Suriya ilə parlamentlərarası işçi qrupu yoxdur.

Suriyada vətəndaş müharibəsinin başladığı dövrdə Azərbaycanın xarici işlər naziri vəzifəsini tutan Elmar Məmmədyarov Modern.az-a danışıb.

O qeyd edib ki, yeni hakimiyyətin Suriyada hansı addımlar atacağını gözləmək lazımdır: “Əlbəttə, Suriya Yaxın Şərqdə önəmli ölkəydi. Amma orada cürbəcür məsələlər var. Yeni hakimiyyətin qonşularla və daxildə necə siyasət yürüdəcəyi önəmli məsələdir. Onların hansı addımları atacağı bizə məlum olduqdan sonra nəsə dəqiq şərh vermək olar”.

E.Məmmədyarov qeyd edib ki, Suriya ilə diplomatik münasibətlər məsələsi də yeni hakimiyyətin addımlarından asılı olacaq:

“Azərbaycanın Suriyada səfirliyi vardı. 2011-ci ildə vətəndaş müharibəsi başlayanda səfirliyi çıxardıb, Beyruta köçürdük. İndi hakimiyyətdə olanlar ABŞ və Türkiyə başda olmaqla bütün ölkələr tərəfindən terror qruplaşması kimi tanınır. Görək beynəlxalq oyunçular onlara qarşı hansı addımları atacaqlar. Orada həm Rusiya, həm İran, həm ABŞ, həm də İsrail faktoru var. Suriyada oyunçular çoxdur. Məncə, Azərbaycan üçün tələsməyə ehtiyac yoxdur. Gələn il ABŞ-da administrasiya dəyişəcək. Yeni administrasiyanın hansı addımları atacağı məsələsi də vacibdir. Yenə deyirəm, məncə tələsməyə ehtiyac yoxdur”.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri