Icma.az
close
up
RU
Azərbaycan ilk dəfə Silk Road Tour Dünya Kuboku tədbirinə ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə Silk Road Tour Dünya Kuboku tədbirinə ev sahibliyi edəcək

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı 2026-cı il Üzgüçülük üzrə Dünya Kuboku turunun start məntəqəsi olacaq və bununla da Azərbaycan tarixində ilk dəfə “World Aquatics” (Su idman növləri üzrə beynəlxalq federasiya) tədbirini qəbul ediləcək.

İdman.Biz xəbər verir ki, bu barədə “World Aquatics”in nümayəndəsi Torin Koos məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ildə Şimali Amerikada rekord göstəricilərlə keçən Üzgüçülük üzrə Dünya Kubokundan sonra tur yenidən şərqə - Asiyaya yönəlir və Çinin paytaxtı Pekində keçiriləcək Üzgüçülük Çempionatının (25 m) 18-ci buraxılışı üçün əsas hazırlıq mərhələsi rolunu oynayacaq:

“Üzgüçülər şəxsi rekordlar, dünya rekordları, “triple crown” bonusları və 2026-cı il Dünya Kubokunun ən yaxşı kişi və qadın üzgüçüləri üçün nəzərdə tutulan titullar uğrunda mübarizə aparacaqlar.

Tur Bakı şəhərindən başlayacaq. Tarixən Avropaya ipək, ədviyyat və digər mallar daşıyan karvanların əsas dayanacağı olan Bakı şəhərinin ticarət və mədəni mübadilə tarixi yarışın beynəlxalq xarakterini simvolik şəkildə əks etdirir.”

Qeyd edək ki, Bakı bu tur üçün yalnız başlanğıc nöqtəsi deyil, həm də Azərbaycanın ilk dəfə “World Aquatics” tədbirinə ev sahibliyi etməsi faktı ilə seçilir. Bununla belə, Bakı Su İdmanı Sarayı iri beynəlxalq turnirlər üçün yeni məkan deyil. Arena daha əvvəl 2015 Avropa Oyunlarına, 2017 İslam Həmrəyliyi Oyunlarına və 2019 Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Bakının seçilməsini ölkə idmanı üçün mühüm hadisə kimi qiymətləndirib:

“Bakı şəhərinin Üzgüçülük üzrə Dünya Kuboku 2026-nın açılış dayanacağı kimi seçilməsi ölkəmizdə akvatik idman üçün əlamətdar mərhələdir. Su İdmanı Sarayı son on il ərzində bir sıra iri beynəlxalq tədbirləri qəbul edib və ilk dəfə “World Aquatics” yarışına ev sahibliyi etmək ambisiyalarımızı yeni səviyyəyə qaldırır. Dünyanın ən güclü üzgüçülərini Azərbaycanda qarşılamağı, idmanın inkişafına sadiqliyimizi nümayiş etdirməyi, gənc idmançıları ruhlandırmağı və “World Aquatics” ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Yanvar 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri