Icma.az
close
up
RU
Azərbaycan İran işçi qruplarının görüşü haqda yeni məlumat olacaq

Azərbaycan İran işçi qruplarının görüşü haqda yeni məlumat olacaq

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan və İran arasında son dövrdə intensivləşən siyasi təmasların parlamentlərarası əlaqələrdə də özünü göstərib-göstərmədiyi maraq doğurur. Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı, Baş nazirin müavini Şahin Mustafayevin Tehran səfəri və qarşılıqlı nümayəndə heyətlərinin təmasları fonunda parlament diplomatiyası çərçivəsində də yeni görüş və müzakirələrin gündəmə gəlib-gəlmədiyi diqqət çəkir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, iki ölkənin parlamentləri arasında təmaslar davamlı xarakter daşıyır:

“Bildiyiniz kimi, bu gün bu təmaslar var və davamlı olaraq həyata keçirilir. Baş nazirin müavini Şahin Mustafayevin də səfəri oldu. Cənab Prezident dünən öz həmkarını təbrik etdi. Bütün bunlar bizim əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini göstərir. Bir müddət bundan əvvəl Azərbaycanın nümayəndə heyəti İranda olmuşdu və parlamentlərarası münasibətlər çərçivəsində də işçi qrupları arasında davamlı olaraq müxtəlif görüşlər keçirilir. Qarşılıqlı səfərlər olur və bu səfərlərdə tərəflər müxtəlif məsələləri müzakirə edirlər. İşçi qruplarının bu cür təmaslarının davam etdirilməsi nəzərdə tutulur. Bu, davamlı olaraq həyata keçirilən bir prosesdir və beynəlxalq təcrübədir”.

C.Məmmədov qeyd edib ki, Azərbaycan və İran parlamentlərarası işçi qruplarının növbəti görüşünün keçirilməsi məsələsi proseslərin gedişindən və gündəlikdə olan məsələlərdən asılıdır:

“Qarşılıqlı səfərlərin həyata keçirilməsi, müzakirələrin aparılması heç bir halda istisna olunmur. Sadəcə, bu, proseslərin, işlərin gedişatından və gündəlikdə olan məsələlərdən asılıdır. Əgər belə bir məsələ gündəmə gələrsə, təbii ki, bu barədə mətbuata da məlumat veriləcək. Ümumiyyətlə, burada əsas xətt odur ki, hər iki dövlət əlaqələrin gücləndirilməsində, inkişafında və daha da irəli getməsində maraqlıdır. Bu məsələ, bu mənada, hesab edirəm ki, istisna olunmur və bu barədə cəmiyyətə də məlumat veriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri