Icma.az
close
up
RU
Azərbaycan Rusiya İran görüşü və yeni geosiyasi sinerji

Azərbaycan Rusiya İran görüşü və yeni geosiyasi sinerji

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan, Rusiya və İran nümayəndələrinin qatıldığı üçtərəfli görüşə hər bir iştirakçı strateji maraqlarını qorumaq və regional təsir imkanlarını gücləndirmək məqsədilə qatılıb. Görüş regionda güc balansını və siyasi nüfuz dairələrini müəyyən edən bir dialoq kimi çıxış edir. Bakı bu üçlük vasitəsilə Cənubi Qafqazdan İran körfəzinə və Mərkəzi Asiyaya qədər uzanan yeni regional təsir xəritəsinin konturlarını formalaşdıracaqmı?

2022-ci ildən sonra formalaşan qlobal və regional reallıqlar Azərbaycanın regionda rolunu gücləndirib. Qərb sanksiyaları, enerji və tranzit dəhlizlərinin yenidən dizaynı, həmçinin postsovet məkanında dəyişən geosiyasi balanslar Bakının mövqeyini yalnız enerji ixracatçısı deyil, həm də geosiyasi tranzit mərkəzi kimi önə çıxarıb. Burada diqqət çəkməli olan əsas məqam budur: Bakı artıq yük və enerji axını üçün keçid nöqtəsi deyil, eyni zamanda, marşrut siyasətinin subyektidir. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan həm Rusiya, həm İran, həm də Qərb ölkələri ilə paralel əməkdaşlıq imkanını qoruyur, balanslı və çoxvektorlu diplomatiya aparır.

Görüşün üçlük dinamikasına nəzər yetirdikdə daha maraqlı nüansları görmək mümkündür. Bəzi müşahidəçilər bunu “3+3 formatının kiçik texniki modeli” adlandırır. Söhbət Ermənistan, Gürcüstan və Türkiyənin iştirak etmədiyi bir platformadan gedir, lakin bu məhdudiyyət görüşün əhəmiyyətini azaltmır. Əksinə, Bakı formatı regionun cənub və şimal qonşularının maraqlarını birləşdirərək gələcəkdə daha geniş əməkdaşlıq platformalarının sınaq meydanına çevrilir. Burada hər bir iştirakçı həm də regionda geosiyasi mövqeyini gücləndirmək və strateji təsir imkanlarını qorumaq məqsədilə çıxış edir.

Rusiya üçün bu görüş Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarına qarşı alternativ dəhliz və iqtisadi marşrutlar yaratmaq imkanıdır. Rəsmi Moskva burada regiondakı nüfuzunu qorumaq, iqtisadi təsirini artırmaq və Qərbin sanksiyalarına qarşı müqavimət mexanizmi yaratmaq niyyətindədir. Bakı formatı Rusiyaya həm iqtisadi, həm də geosiyasi resurslarını Şimal–Cənub və Şərq–Qərb dəhlizləri vasitəsilə regionda möhkəmləndirmək imkanı verir.

İrandan ötrü bu görüş beynəlxalq təcrid vəziyyətində strateji qopma və təsir imkanlarını bərpa etmək deməkdir. Sanksiyalar, enerji və tranzit sahəsində məhdudiyyətlər İranı uzun illər xarici əlaqələrdən kənarda qoymuşdur. Bakı platforması ona regional nəqliyyat və enerji axınlarında aktiv iştirak, eyni zamanda siyasi nüfuzunu qoruyub gücləndirməyə şərait yaradır. İran burada regional siyasi balansda mövqeyini bərpa etmək və Qərb təzyiqlərinə qarşı strateji çeviklik nümayiş etdirmək imkanına malik olur.

Azərbaycan isə bu üçlüklə sinxron çıxış edərək, sabit və balanslaşdırılmış mərkəz rolunu oynayır. Bakı hər iki tərəfin geosiyasi maraqlarını uyğunlaşdıraraq, həm sanksiyalara məruz qalmış tərəflərlə, həm də Qərb ilə əlaqələrini qoruyur. Rəsmi Bakı bununla regional güc balansını koordinasiya edən və strateji diplomatiya həyata keçirən aktor olduğunu göstərir.

Deməli, görüş transmilli iqtisadi və siyasi simmetriyanın formalaşması üçün strateji addımdır. Rusiya və İran sanksiyalara qarşı özlərinin müqavimət imkanlarını sınayır, Azərbaycan isə bütün bu prosesi idarə edərək regionda uzunmüddətli sabitliyi təmin edir.

Platformanın Qərb kontekstində də nəyi ifadə etdiyini diqqətlə qiymətləndirmək lazımdır. Bəlkə ilk baxışdan üçtərəfli görüş Qərbə qarşı alternativ kimi görünə bilər, lakin, əslində, reallıq bundan daha mürəkkəbdir. Bakı burada Qərblə rəqabət aparmaq məqsədindən çox, öz müstəqil, çoxmərkəzli diplomatiyasını nümayiş etdirir. Azərbaycan həm Qərb ölkələri ilə enerji və iqtisadi əməkdaşlığı qoruyur, həm də Rusiya və İranla strateji layihələri inkişaf etdirir. Rəsmi Bakının bu yanaşması, eyni zamanda, regiondakı geoiqtisadi prosesləri idarə etmək və strateji üstünlüyünü təmin etmək qabiliyyətinin göstəricisidir.

Belə bir mövqe Bakı üçün iki mühüm üstünlük yaradır: bir tərəfdən, Qərb ölkələri ilə iqtisadi və enerji əlaqələrini saxlamaqla beynəlxalq etibarlılığını qoruyur; digər tərəfdən, Rusiya və İranla əməkdaşlıq vasitəsilə regionda alternativ dəhlizlər və strateji təsir zonaları yaratmaq imkanı əldə edir. Bütün bunlar həm də geosiyasi çevikliyi və diplomatik manevr qabiliyyətini təmin edən bir mexanizmdir.

Bakı modelində diqqətçəkən əsas nüans budur ki, hər bir addım Qərbə qarşı deyil, çoxvektorlu strateji balansın bir elementidir.

Görüşün iqtisadi və siyasi nəticələrini qiymətləndirdikdə isə diqqətçəkən daha dərin nüanslar ortaya çıxır. Gömrük və logistika sahəsində razılaşmalar siyasi mesaj xarakteri daşıyır. Hər bir koordinasiya, sərhəd prosedurlarının sadələşdirilməsi və yük axınlarının optimallaşdırılması tərəflərin qarşılıqlı etibarının artması deməkdir. Deməli, bu amil uzunmüddətli perspektivdə regionda etibarlı inteqrasiya mexanizmi yaradır və gələcəkdə daha geniş regional əməkdaşlıq formatlarının təməlini qoyur. Burada inteqrasiya mexanizmi dedikdə, tərəflərin yalnız ticarət və nəqliyyat axınlarını optimallaşdırması nəzərdə tutulmur. Əslində, bu, qarşılıqlı etimadın qurulması, qarşılıqlı asılılığın formalaşdırılması və regional qərarvermə proseslərində koordinasiyanın təmin edilməsi deməkdir.

Məsələn, sərhəd prosedurlarının sadələşdirilməsi və yük axınlarının optimallaşdırılması hər bir tərəf üçün iqtisadi fayda, amma eyni zamanda siyasi güvən və davamlı əməkdaşlıq üçün zəruri şərtlər yaradır. Belə bir mexanizm tərəflərə imkan verir ki, regional layihələrdə qərarları birlikdə qəbul etsin, qarşılıqlı maraqlar pozulmadan əməkdaşlıq strukturunu qorusun. Yəni tərəflərin maraqlarını balanslaşdıran, uzunmüddətli sabitliyi təmin edən və regional siyasətdə koordinə olunmuş hərəkəti mümkün edən sistem nəzərdə tutulur.

Ən maraqlısı isə budur ki, “Bakı üçlüyü” artıq bir regional əməkdaşlıq laboratoriyasına çevrilir. Burada tərəflər gələcəkdə iqtisadi və siyasi layihələr üçün praktik modellər sınayırlar. Eyni zamanda bu əməkdaşlıq siyasi simmetriyanın qorunmasına da xidmət edir: hər bir tərəf öz maraqlarını qoruyur, amma qarşılıqlı asılılıq vasitəsilə sabitliyin yeni mexanizmini yaradır.

Bütün bunlar göstərir ki, Bakıda keçirilən görüş regionda yeni güc arxitekturasının sınağı, diplomatik çevikliyin və çoxvektorlu siyasətin təzahürüdür. Azərbaycan–Rusiya–İran üçtərəfli görüşü regional sabitliyin, qarşılıqlı asılılığın və transmilli inteqrasiyanın ilkin konturlarını nümayiş etdirir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri