Icma.az
close
up
RU
Azərbaycan İranla siyasi, iqtisadi və qonşuluq münasibətlərinin qarşılıqlı möhkəmlənməsinin tərəfdarıdır

Azərbaycan İranla siyasi, iqtisadi və qonşuluq münasibətlərinin qarşılıqlı möhkəmlənməsinin tərəfdarıdır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən günlərdə İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib. Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb. İran İslam Respublikasının Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla İran tarixi köklərlə bir-birinə bağlı qonşu ölkələrdir.

Azər Badamov

“Müstəqillik bərpa olunandan sonra ölkələrimiz arasındakı münasibətlər ikitərəfli formatda inkişaf etmiş və həm də müəyyən sınaqlarla qarşılaşmalı olmuşdur. Təbii ki, kənar qüvvələrin əli ilə son illər ölkələrarası münasibətlərdə müəyyən anlaşılmazlıqlar yaşanmışdır. Azərbaycan İranla həmişə səmimi davranıb, qarşılıqlı hörmət və fayda əsasında münasibətlərin inkişafının tərəfdarı olub. İki ölkə arasında iqtisadi əlaqələr günü-gündən dərinləşməkdə davam etmişdir. Birgə iştirak etdiyimiz Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizi və 3+3 formatları regional münasibətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Biz İranla təkcə iqtisadi münasibətlərin inkişafı ilə yox, həm də siyasi və qonşuluq münasibətlərin də möhkəmlənməsinin tərəfdarıyıq”-deyən Azər Badamov qeyd edib ki, Prezidentin köməkçi Hikmət Hacıyevin İrana səfəri çərçivəsində keçirdiyi görüşlər və prezident Məsud Pezeşkiana dəvət məktubunun çatdırılması ölkələrarası münasibətlərdə yeni səhifə açacaq.

“Məhz İran prezidentinin Azərbaycana səfəri və rəsmi səfərlərin qarşılıqlı şəkildə intensivləşməsi ölkələrarası əlaqələrdə yeni dönəm vəd edir. Bu, həm də İran Azərbaycan münasibətlərini pozmağa çalışan qüvvələr üçün də bir cavab olacaq”-deyə deputat vurğulayıb.

P.S. Görünən odur ki, qonşu ölkə ilə aramızdakı "buzlar əriməyə başlayıb"...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri