Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması layihəsinə 270 mln. dollar yatıra bilər
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) layihəsinə 270 milyon ABŞ dollarınadək sərmayə yatıra bilər.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi (AIH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır.
Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















