Icma.az
close
up
RU
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Mətbuat Şurasının İdarə Heyəti hazırkı tərkibindən ibarət Təşkilat Komitəsi yaradılıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, əvvəlcə 27 Sentyabr - Anım Günü ilə bağlı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını açan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycan jurnalistlərinin sonuncu – VIII qurultayından 4 il keçib (24 sentyabr 2022-ci il) və Şuranın Nizamnaməsinə görə, yeni – IX qurultay təşkil olunmalıdır. Buna görə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi (TK) formalaşdırılmalıdır.

İclasda əvvəlki qurultayların təcrübəsinin əsas götürülməsi və MŞ-nin İdarə Heyətinin bütün üzvlərinin TK-da təmsil olunmalarının vacibliyi vurğulanıb. Təklif səsə qoyularaq məqbul qiymətləndirilib. Qurultayın keçirilmə vaxtı ətrafındakı müzakirələrdə onun bu il oktyabrın 15-də təşkilinin mümkünlüyü vurğulanıb və bununla bağlı yekun qərar verilib.

İştirakçı sayını optimallaşdırmaq üçün qurultayda gündəlik qəzetlərdən, informasiya agentliklərindən 2, həftəlik qəzetlərdən, jurnallardan, xəbər saytlarında və jurnalist təşkilatlarından 1 nümayəndənin iştirakı məqbul sayılıb. Təklif səsə qoyularaq qəbul olunub.

TK-nın qarşıdakı iş planı ətrafında müzakirə aparılarkən bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar həm qurultayda iştirak edəcək nümayəndələrinin adlarını, həm də qurumun İdarə Heyətinə namizədlərinin siyahısını oktyabrın 12-dək TK-ya təqdim etməlidirlər. Bunun üçün MŞ-nin “presscouncil.az” rəsmi internet səhifəsində ayrıca “Azərbaycan Jurnalistlərinin IX qurultayı” bölməsi yaradılacaq.

“Azərbaycan Jurnalistlərinin IX qurultayı” bölməsində ilkin olaraq iki anket yerləşdiriləcək. Birinci anketə üzv təşkilatlar İH üzvlüyünə namizədlərinin, ikinciyə isə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını qeyd edəcəklər.

Müvafiq olaraq, birinci anketdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik qəzetlər, saytlar və jurnalist təşkilatları 1 nümayəndə adı göstərib TK-ya təqdim edəcəklər.

Məlum olduğu kimi, Mətbuat Şurasının İdarə Heyəti 23 üzvdən ibarətdir. Onlardan 14-ü jurnalistləri, 9-u ictimaiyyət nümayəndələrini təmsil edir. İkinci anket bu bölgüyə uyğun tərtib olunacaq. Yəni, üzv təşkilatlar göstərilən əsasda və sayda namizədin adını ikinci anketdə göstərib TK-ya təqdim edəcəklər.

O da məlumdur ki, prosedur qaydalara uyğun olaraq, MŞ sədri, İdarə Heyətinin üzvləri, habelə Nəzarət-Təftiş Komissiyasının 5 nəfərlik tərkibi birbaşa qurultay nümayəndəsidir. TK qurultayda səs hüququ ilə iştirak edəcək şəxslərin sırasına Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvlərinin və Vətən müharibəsi iştirakçısı olmuş jurnalistlərin bir qrupunun əlavə edilməsini məqbul sayıb.

İclasda, həmçinin Mətbuat Şurasına üzv təşkilatların heç də hamısının üzvlük haqqı ödəmədiyi bildirilib və bu məqamın onların qurultayda iştirakına təsir göstərməsinin vacibliyi əsaslandırılıb. Vurğulanıb ki, üzv təşkilatların MŞ ilə bağlılıqları üzvlük haqqı ilə müəyyənləşir. Mövcud öhdəliyin yerinə yetirilməməsi isə qurultayda iştirakın məhdudlaşdırılması üçün əsasdır. Ona görə də TK MŞ-yə üzv təşkilatları üzvlük haqqı borclarını ödəməyə çağırır.

Qeyd edək ki, qarşıdakı müddətə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin əlavə məlumatları yayımlanacaq, o cümlədən Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə məkanı müəyyənləşdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri