Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Azərbaycan kinosu: ənənəyə sədaqət, yeni sənət uğurları

Azərbaycan kinosu: ənənəyə sədaqət, yeni sənət uğurları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli-mədəni dəyərlərimizin qorunması və inkişaf etdirilməsi, dünyada geniş tanıdılması ümummilli lider Heydər Əliyevin humanitar siyasətinin aparıcı yönlərindən biridir. Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsi, Birinci xanım Mehriban Əliyevanın mədəni himayədarlıq missiyası yaradıcılıq sferasının çağdaş çağırışları cavablandırması üçün əlverişli şərait yaradıb.

Azərbaycanda fəaliyyət göstərən yaradıcılıq ittifaqları dövlətin ildən-ilə artan diqqət və qayğısını ölkəmizdə mədəni zənginliyin təmin edilməsinə yönəldir, fəaliyyətlərini ənənəyə sadiqlik və novator təşəbbüskarlıqla qururlar. Bütün bunlar incəsənətimizin də çiçəklənməsinə, dünya meridianlarında yüksək səviyyədə təqdimatına xidmət edir.

Dövlətimizin ardıcıl maddi və mənəvi dəstək fonunda yaradıcı insanların Azərbaycan naminə daha böyük uğurlara imza atması, bütün mümkün vasitə və imkanlardan, yaradıcılıq potensialından səmərəli istifadə etməsi zəruri hal alır. Qələm və fırça ustalarımız, kino, teatr və musiqi xadimlərimiz bu missiyalarını şərəflə yerinə yetirməyə çalışırlar.

Təbii ki, uzun illərin durğunluğundan çıxmaq, dirçəliş dövrünün ənənələrini yaşatmaq və gələcəyə hesablanmış çağırışlara layiqincə cavab vermək niyyətini reallaşdırmaq Azərbaycan kino xadimlərinin də başlıca vəzifələrindəndir. Bəs Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino sənayesinin inkişafı üçün hansı addımları atır? Bu qısa qeydlərdə İttifaqın sona yetməkdə olan ildə gördüyü işlərə qısaca ekskurs etməyə çalışacağıq.

AKİ son illərdə, xüsusilə də 2024-cü ildə milli filmlərin təbliği, ölkədə və xaricdə kino festivallarının keçirilməsi, kino tənqidinin və kino nəşrlərinin inkişafı, gənc rejissor və ssenaristlərin hazırlığı və digər sahələrdə öz səylərini əsirgəməyib. Bəri başdan deyək ki, ittifaq 2025-ci ildə də adıçəkilən istiqamətlərdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.

Yaradıcılıq birliyimiz fəaliyyəti boyu mətbuata açıq olmuş, görülmüş işlərlə bağlı oxuculara geniş məlumat verilməsini prioritet hesab etmişdir. Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino-xəbər saytı – kinoinfo.az. Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb, AKİ isə sayta təşkilati dəstək göstərir. Saytın redaktoru ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri AKİ-nin icraçı katibi Əli İsa Cabbarov kino kimi dinamik bir sahədə baş verən proseslər, o cümlədən, kinonun iqtisadi aspekti ilə bğlı oxucuları ətraflı məlumatlandırmağa çalışırlar. İttifaqın “Rakurs” rüblük bülletini ölkədə və xaricdə baş verən kino yenilikləri, festivallar və yubiley filmlər barədə informasiyalar təqdim edir. Bülletenin başlıca məqsədi respublikada və xaricdə gedən kino proseslərinin salnaməsini yaratmaqdır.

AKİ-nin hələ ilin əvvəlindən elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi üzrə müsabiqəyə uğurla yekun vurulub. Bu cür müsabiqələrin keçirilməsi milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən ittifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir, laureatlar açıq səsvermə yolu ilə seçilir.

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkitalarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməyi ilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmiş filmlər sırasında yer alıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş tammetrajlı sənədli filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranma tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir.

Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Sabiroğlu, prodüseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.

İttifaq xarici ölkə kinematoqrafçıları ilə əməkdaşlığa da xüsusi önəm verir. Ötən ilin aprelində Litva Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Landmark” biznes mərkəzində rejissor Qildre Yifskitenin “Sıçrayış” sənədli filminin nümayişi keçirilib. Tədbirdə Litva səfirliyinin əməkdaşları, AKİ-nin I katibi, Xalq artisti Şəfiqə Məmmədova da iştirak ediblər. Film litvalı dənizçi Simas Kudrikanın azadlığa qovuşmaq yolundakı “sıçrayışından” bəhs edir. Ekran əsəri nadir arxiv görüntülərinin və 70-ci illərin ən böyük soyuq müharibəsi iştirakçılarının dramatik təsviri əsasında ərsəyə gəlib.

AKİ-nin katibi, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlınski yeni sənədli filmin çəkilişinə hazırlaşır. Film Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin Baş direktoru, RF Dövlət mükafatı laureatı Davud Paşayevin həyat və fəaliyyətindən bəhs edəcək. Qeyd edək ki, Ziya Şıxlınski ilə ssenarist Toğrul Cuvarlının birgə yazdığı “Bir ailənin sirri” ssenari AKİ-nin Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə 2020-ci ildə keçirilmiş “Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsinin qalibi olub.

Uzun illər əvvəl çəkilmiş, unudulmaqda olan filmlərin müasir tamaşaçılara təqdim olunması AKİ-nin gündəlik fəaliyyətində mühüm yer tutur. Ötən ilin iyununda “Azərbaycan” “Cinema-Plus”-da Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyevin “Cansıxıcı əhvalat” filmi ilk dəfə Azərbaycan dilində nümayiş olunub. Bu film müəllif kinomuzun ən maraqlı nümunələrindən biridir və premyerası 1988-ci ildə rus dilində reallaşıb. Film AKİ-nin sifarişi ilə peşəkar aktyorlar Elşən Rüstəmov və Nəcibə Hüseynovanın iştirakı ilə Azərbaycan dilinə dublaj olunub.

Adıçəkilən kinozalda Ayşə Mirzəzadənin “Yellənçək” və Elmar Bayramovun “Nəfəs” qısametrajlı filmləri də göstərilib və böyük maraqla qarşılanıb.

“Azərbaycan” “Cinema-Plus”-da İttifaqın təşkilatçılığı ilə “Dörd qəhrəman cənnət sorağında” adlı mərasimdə Oleq Səfərəliyevin “Murad-Sad”, Davud İmanovun “Afroditanın qolları”, Ramiz Əzizbəylinin “Pirverdinin xoruzu”, Rauf Nağıyevin “Foto Fantaziya” filmlərinin göstərilməsi qərara alınıb. Sənətkar və cəmiyyət arasında münasibətlər, yaradıcı insanın ətraf mühitlə konflikti, şəxsiyyət böhranı bu ekran işlərinin əsas motivləridir. Bunlar indi də dünyada aktuallığını itirməyən məsələlərdir və müəlliflər nümayiş olunacaq filmlərdə mövzuya yaradıcı yanaşıblar. Qeyd edək ki, 3 film 1980-ci illərin sonunda, yenidənqurma dalğasında çəkilib. Yalnız 1 film – “Foto Fantaziya” 1970-ci ildə ekranlaşdırılıb.

Təbii ki, bu cür silsilə tədbirlər siyahısına rejissor Vaqif Behbudovun və Rüstəm İbrahimbəyovun filminin Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalında nümayiş etdirilməsi, gənc rejissor Leyla Qənbərlinin Praqada keçirilən “One World İnternational” sənədli film festivalı çərçivəsində 7 günlük təhsil səyahətində iştirakı, Türkan Hüseynin Kopenhagendə, İmaməddin Həsənovun İstanbulda kurs keçməsi, ittifaqın əməkdaşı Afaq Yusiflinin müstəqil film rejissoru qismində Mərakeşdə keçirilən Qlobal Mədəni Münasibətlər Proqramında ölkəmizi təmsil etməsi üçün xərcləri məhz AKİ-nin çəkdiyini də xüsusi vurğulamaq lazımdır. AKİ “OB Film ” və “Kinobir” şirkətlərinin birgə istehsalı olan “İşığa doğru” sənədli filminin beynəlxalq festivallarına təqdim olunmasına da vəsait ayırıb.

Dekabrın ilk günlərində AKİ-nin və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadənin 75 illik yubileyində AKİ-nin sədri, Xalq artisti Rasim Balayev çox nikbinliklə vurğuladı ki, Azərbaycan kinosu çox tezliklə durğunluq zolağından çıxa biləcək, klassik ənənələr bərpa olunacaq, yeniliklərə uzanan yollar daha geniş və işıqlı olacaq. Bunun üçün kinomuzun kifayət qədər güclü kadr potensialı var və dövlətimizin dəstəyi, xalqımızın sevgisi ilə biz hədəflərimizə çata biləcəyik.

Görkəmli kino xadiminin optimist düşüncələrinin tezliklə reallaşacağı şübhəsizdir. Ölkəmizin sosial-iqtisadi, mədəni, hərbi quruculuq, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı sahəsində uğurlarını kino-lentin yaddaşına köçürmək, salnamələşdirmək üçün daha ciddi addımların atılması, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına yeni nəfəs verilməsi, özəl kinostudiyaların fəaliyyətinin daha da canlandırılması, dünya kinosuna inteqrasiyanın gücləndirilməsi, professional kadr hazırlığına xüsusi diqqət verilməsi – bütün bunlar AKİ-ni ciddi düşündürür və qurum özünün bütün resursları ilə kinomuzun inkişafına konkret əməli dəstək verməyə hazırdır. İttifaqın reallaşdırdığı uğurlu layihələr bu qənaətə gəlməyə imkan verir.

Akif CABBARLI,
Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri