Icma.az
close
up
RU
Azərbaycan Konstitusiyası dövlətimizin suverenliyinin və müasir inkişafın hüquqi əsasıdır

Azərbaycan Konstitusiyası dövlətimizin suverenliyinin və müasir inkişafın hüquqi əsasıdır

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

12 Noyabr – Azərbaycan Respublikasında Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar tarix dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təntənəsidir.

Konstitusiyamız ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni inkişaf istiqamətlərini müəyyən edən, müasir dövlət idarəçiliyinin əsas prinsiplərini özündə ehtiva edən mükəmməl hüquqi sənəddir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) dövlətin qısa ömürlü olması səbəbindən əsas qanunun qəbuluna imkan yaranmamışdı. Respublikamızın ilk Konstitusiyası 1921-ci ilin mayında qəbul edilmiş və sonrakı onilliklərdə SSRİ-nin siyasi sistemi çərçivəsində bir neçə dəfə yenilənmişdir. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyası da sovet ideologiyasına uyğunlaşdırılmışdı və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra xalqın iradəsini ifadə edən yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı.

Bu mühüm tarixi missiyanın həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində qarşıda duran əsas vəzifə suveren Azərbaycan dövlətinin hüquqi bünövrəsini yaratmaq idi. Heydər Əliyev bu məqsədlə Konstitusiya Komissiyasına rəhbərlik edərək, gələcək inkişafın hüquqi bazasını təmin edən Əsas Qanunun hazırlanmasına şəxsən nəzarət etmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilən Konstitusiya Azərbaycan xalqının müstəqillik iradəsinin, demokratik dövlət quruculuğu əzminin rəmzinə çevrildi. Bu sənədin qüvvəyə minməsi ilə ölkəmizdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölgüsü prinsipləri təsbit olundu, insan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədi kimi bəyan edildi. Həmin tarixdən etibarən hər il 12 noyabr – Konstitusiya Günü kimi böyük ehtiramla qeyd olunur.

Yeni Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin əsası oldu. Əsas Qanunumuz dövlətin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağı, vətəndaşların rifahını, sosial ədaləti və qanunların aliliyini təmin etməyi qarşıya məqsəd qoydu. Konstitusiyada təsbit olunan hüquq və azadlıqlar bu gün Azərbaycan cəmiyyətinin inkişaf meyarına çevrilib. Dövlətin insan amilinə yönələn siyasətinin məhz bu hüquqi bünövrə üzərində qurulması ölkəmizin sabitliyini, sosial rifahını və beynəlxalq nüfuzunu möhkəmləndirib.

Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Onlardan 48 maddə birbaşa insan hüquq və azadlıqlarına həsr olunub. Əsas Qanun bütün vətəndaşların bərabərliyini, etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, onların hüquqlarının müdafiəsini təmin edir. Zamanın tələblərinə uyğun olaraq, Konstitusiyada bir neçə dəfə islahatlar aparılmışdır. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində insan hüquqlarının müdafiəsi, dövlət idarəçiliyi, məhkəmə və bələdiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər edilmişdir. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə idarəetmədə çevikliyin artırılması və yeni təsisatların yaradılması Konstitusiyanın müasir dövrün reallıqlarına uyğunlaşdırılmasına xidmət etmişdir.

Azərbaycanın dövlətçilik tarixində 2025-ci il xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu qərar, 2020-ci il Vətən müharibəsində qazanılan qələbə və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində bərpa edilən ərazi bütövlüyümüz fonunda, Konstitusiyanın tam suveren ərazilərimizdə qüvvəsinin təmin olunması baxımından mühüm tarixi məna daşıyır. 2025-ci il həm də Konstitusiyamızın qəbulunun 30-cu ildönümünə və müzəffər Zəfərimizin 5 illiyinə təsadüf edir. Bu münasibətlə Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir. Yubiley medalı dövlətin hüquqi sisteminin inkişafına, konstitusion dəyərlərin təbliğinə, insan hüquqlarının müdafiəsinə və müstəqilliyin möhkəmlənməsinə töhfə vermiş şəxslərə təqdim edilir.

Bu gün Azərbaycan Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq, müstəqillik və ədalət arzularını təcəssüm etdirən mənəvi dəyərdir. Onun prinsipləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsasını təşkil edir. Dövlət başçısının dediyi kimi: "Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”

Hüseynova Samirə Adəm qızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri