Azərbaycan kubokunun qalibi hansı komanda olacaq? PROQNOZ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan kubokunun finalında “Sabah” “Zirə” ilə qarşılaşacaq.
Bəs hansı komandanın kuboku başı üzərinə qaldırmaq şansı çoxdur?
Redaktor.az-a danışan idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, finalda iki güclü komandanın mübarizə aparacağı gözlənilir:
"Bu komandalar arasında əvvəllər də maraqlı və gərgin oyunlar baş tutub. Son qarşılaşmada isə 2:2 hesablı heç-heçə qeydə alınmışdı. “Sabah” komandası Azərbaycan Premyer Liqasının qalibi kimi finala daha yüksək motivasiya və özünəinamla çıxacaq. Komandanın çempionluq əldə etməsi futbolçuların psixoloji baxımdan daha rahat və inamlı oynamasına təsir edə bilər".
Müsahibimiz əlavə etdi ki, “Zirə”ni də qətiyyən zəif hesab etmək olmaz.
"Komanda artıq iki dəfə final təcrübəsi yaşamış kollektivdir və bu cür həlledici oyunlarda təcrübə mühüm rol oynayır. Məhz buna görə qarşılaşmanın kifayət qədər gərgin və balanslı keçəcəyi gözlənilir. Hesab edirəm ki, hər iki komanda bir-biri üçün ciddi çətinlik yarada biləcək gücdədir. Oyunun əsas vaxtda qalibsiz başa çataraq əlavə vaxta artırma dəqiqələrinə keçməsi də tam real görünür. Qalibin məhz əlavə 30 dəqiqədə müəyyənləşməsi ehtimalı kifayət qədər yüksəkdir".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 13 May 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















