Azərbaycan liqasında çıxış edən 3 qardaşdan biri: Bizim aramızda yalnız bir söhbət gedir ki... VİDEO
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zirə"nin 28 nömrəli oyunçusu Leroy Mikels bu gün "Kəpəz"lə oyunda ilk və maraqlı qolun müəllifi olub.
Mia.az xəbər verir ki, futbolçunun zərbəsi ayın ən yaxşı qolu iddiasına sahibdi.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Mikelslər 3 qardaşdır və üçü də Azərbaycan klublarında oynayır.
Digər 2 qardaş "Sabah" və "Karvan-Yevlax" klubunda çalışır.
Mia.az-ın əməkdaşı "Zirə"də sol cinah yarımmüdafiəçisi, bugünki qolun müəllifi olan Leroy Mikelsdən qardaşları ilə rəqib olaraq oyunlarda üz-üzə gəlmənin onda necə hisslər yaratdığını soruşub.
L.Mikels cavabında deyib ki, bütün qardaşların Azərbaycan klublarında təmsil olunması və bizim çempionatda oynamasına sevinir: "Bizim hazırda aramızda yalnız bir söhbət gedir ki, kim daha çox qol vuracaq".
Zülfiyyə Mustafayeva
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 28 Noyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















